Mojo.az Banner
22:33 Özbəkistanlı ekstrasens İqbol Soliyev Azərbaycandan çıxarıldı  |     22:20 Füzulidə mina partlayışı: Ölən var  |     22:16 Sabah Sumqayıtda 2000 abonent qazsız qalacaq  |     22:06 Əli Xameneinin öldüyü deyilən həyat yoldaşının sağ olduğu bildirilir  |     21:59 "Onu basdırdım, silahı dənizə atdım" - Ərini qətlə yetirən qadın  |     21:51 Rusiya səfiri Azərbaycana təşəkkür etdi  |     21:46 Azərbaycanda dollar ucuzlaşa bilər?  |     21:40 Xəlil Köçərli vəfat etdi  |     21:32 Vətəndaşları işə düzəltmək adı ilə dələduzluq - 300 min manat...  |     21:25 Məktəbdə müəllim işinə düzəldəcəyi adı ilə vətəndaşları aldatdı  |     21:20 Vətəndaşlar onlayn kredit götürülməsini birdəfəlik bloklamaq imkanı əldə edəcək  |     21:13 Daha bir tiktoker həbs edildi  |     21:07 İsrail SEPAH komandirini Livanda öldürdü  |     20:59 "Krokus" terrorunu törədən 15 nəfərə ömürlük həbs cəzası verildi  |     20:53 Azərbaycanda quş qripinə qarşı epizootoloji monitorinq keçiriləcək  |     20:46 Dövlət şirkətlərinin vəsaitindən təyinatı üzrə istifadə etməyənlər cəzalandırılacaq  |     20:41 İcra hakimiyyətlərində kütləvi ixtisarlar niyə artır? - Video  |     20:34 İran bu ölkənin Hörmüz boğazından keçməsinə icazə verdi  |     20:29 Rusiya Azərbaycan vasitəsilə İrana dərman göndərir  |     20:21 Azərbaycanda könüllü kredit qadağası olacaq  |    
Left Banner
Right Banner

85 yaşlı Xalq artisti: "Xanım direktor dedi ki, yaşlı adamlar işdən çıxarılacaq"

25.06.2024 13:38 762
85 yaşlı Xalq artisti:
"Mənim belim bükülməyib, əlim əsmir, başım fırlanmır, səhnədə gəzə bilirəmsə, niyə teatrda olmamalıyam?! Xaricən də çox cavan görünürəm, daxilən də özümü cavan hiss edirəm. Teatra yaşlı aktyorlar lazımdır. Ağasadıq Gəraybəyli 90 yaşında "Əliqulu evlənir" tamaşasını oynayırdı. Sözün əsl mənasında o rolu yaradırdı. Bizim kimi yaşlı aktyorlar teatrda yoxdur, yaşlı rolları bəs kim oynayacaq?! Cavanın nə qədər saçını ağartsan da, üzünə saqqal yapışdırsan da, onun gözləri par-par parıldayır. Amma yaşlı adamların gözləri sönük olur, yaşlı görünür. Mənim rollarımı o teatrda olan aktyorların heç biri oynaya bilməz. Mən o teatrın böyük aktyoru olmuşam. Ola bilsin ki, bir az özümü tərif etmiş oldum, amma bu faktdır"

Bunu Moderator.az-a açıqlamasında xalq artisti, məşhur aktyor Tariyel Qasımov deyib. O daha sonra əlavə edib.

"Teatrımıza xanım direktor gəldi. Dedi ki, ərizə yazın, onsuz da yaşlı adamlar işdən çıxarılacaq. Özləri yazmasalar belə biz onları çıxaracağıq. Teatra yaşlı aktyorlar lazım deyil?! Xalq artisti Rafiq Əzimov məndən də bir yaş böyükdür, nə olub ona? Gözəl də oynayır! AZDRAMA ona qiymət verir! Mən də min cavana dəyərəm. 3 teatrda direktor və bədii rəhbər işləmişəm, quruluş vermişəm. Qarşımda olan aktyoru ya danlayanda, ya da nəsə söz deyəndə mən onu nəzərə almışam. Gələn xanım da Mədəniyyət Nazirliyində işləyib, hər zaman yubileylərimdə gül gətirib məni təbrik edib. O bilir ki, Gənc Tamaşaçılar Teatrında ən birinci aktyor Tariyel Qasımovdur. Mənə heç kim bir söz deyə bilməz. Mənə söz deyər, cavabını qaytararam! Bizdə cavan aktyorların bir çoxu zəifdirlər, yardım heyətinə yarayırlar. O cavan aktyora bir söz desə başını aşağı salıb danışmayacaq. Amma Yasin Qarayevə, Tariyel Qasımova söz desə biz onun cavabını qaytaracağıq. Ona görə də o məndən ehtiyat etdi. Ola bilər də gələcəkdə teatra gecikə bilərdim, o mənə nəsə söz deyə bilərdi.. Halbuki mən rəhbər işlədiyim teatrlarda aktyorları yığıb deyirdim ki, kim nizam-intizamı pozsa o aktyor işdən çıxarılacaq. Teatra zəif aktyor da lazımdır. Amma işin nizam-intizamını pozan aktyor istəyir xalq artisti yox, SSRİ xalq artisti olsun, mən onu teatrdan çıxararam. Nizam-intizam olan yerdə yaradıcılıq olar. Nizam-intizam olmayan yerdə yaradıcılıqdan söhbət gedə bilməz. Xanım yəqin fikirləşib ki, birdən Tariyel 5-10 dəqiqə gecikə bilər, mən ona bir söz deyə bilməyəcəm. Özünü qorumaq üçün bu addımı atdı. Bu işdə bir az Yasinin də (xalq artisti Yasin Qarayev) təqsiri var. Yasinə deyib ki, yaşlı adamlar ərizə yazıb, işdən çıxsınlar. Mənə də Yasin Qarayev dedi ki, gəl ərizə yazıb, işdən çıxaq. Hər ikimiz yazdıq. Yasin ərizə vermədi, mən isə ərizəmi verdim. O işləyir, mən isə işdən çıxmışam. Məsləhətdirsə o da işdən çıxarılardı da! O da qocadır da. Yasin işləməlidir də! Orada başqa yaşlı aktyorlar da var, onlar da işləməlidirlər. Mən bir yerə çağırılmamışamsa, bir yerə lazım deyiləmsə o yerə getmərəm" deyə o bildirib.

Qeyd edək ki, Tariyel Qasımov 1939-cu ildə anadan olub.скачать dle 11.3
Mojo.az Banner