Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Yerimə sürəti ömrün uzunluğundan xəbər verə bilər - Yeni araşdırma | 22:55 Hava limanında 20 min dollar tapan şəxslə bağlı qərar verildi | 22:50 Kirayə pulunu ödəmək üçün qapı oğurladı, 23 gün həbs edildi | 22:42 Payız yorğunluğundan xilas olmaq üçün 5 sadə məşq - Mütəxəssisdən tövsiyələr | 22:37 "Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi | 22:30 Xəbəri olmadan adına şirkət açıldı, 634 min manat vergi borcu yarandı (VİDEO) | 22:24 Üzü daha gənc göstərən saç kəsimləri | 22:15 Qazaxıstan və Ermənistan TRIPP-i müzakirə etdi | 22:10 Yaponiyada güclü zəlzələ oldu | 22:03 Bakıda istehlaka yararsız süd məhsulları aşkarlandı | 21:58 Sabah Bakıda yağış yağacaq | 21:50 "Arxa oturacaqda 7 yaşlı qıza əxlaqsızlıq edərkən gördüm ki..." - 67 yaşlı kişidən iyrənc hərəkət | 21:45 Maliyyə yoxlamaları nəticəsində 106,9 mln. manat vəsait bərpa edilib | 21:38 Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? - Hakimdən izah | 21:33 Ərdoğanın keçmiş müavini həbs edildi | 21:26 Ötən ay avtobusla 54 milyona yaxın sərnişin daşınıb | 21:21 Tikinti zamanı ayağı sınan fəhlə "Avrasiya" MTK-dan şikayətçidir - VİDEO | 21:13 Atasından pul oğurlayıb qumar oynayırmış - Məhkəmə bu qərarı verdi | 21:07 "Polis erməni dilində danışmağımı görüb..." - Azərbaycanlı bloger | 21:01 Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəlib |
Mojo.az Avto
Mojo.az Avto

"Mançester Yunayted"in sabiq ulduzu "Neftçi"nin baş məşqçi postuna gətirilir

24.06.2024 21:34 1 149
İngiltərənin "Mançester Yunayted" klubunun sabiq ulduzu "Neftçi"nin baş məşqçi postuna gətirilir.

"Report"un əldə etdiyi məlumata görə, "ağ-qaralar" Miodraq Bojoviçin gedişindən sonra bu posta norveçli məşhur mütəxəssis Henninq Berqin namizədliyini nəzərdən keçirir.

Futbolçu karyerasına ölkəsinin "Volerenqa" klubunda başlayan 54 yaşlı mütəxəssis 3 il bu klubun şərəfini qoruduqdan sonra "Lillestrom"a transfer olunub. Uğurlu çıxışı ilə diqqətləri üzərinə çəkən Henninq Berq daha sonra İngiltərənin "Blekbern" komandası ilə müqavilə bağlayıb. 4 il bu klubun əsas sağ cinah müdafiəçisinə çevrilən Berq 1997-ci ildə həmin vaxt rekord məbləğ sayılan 5 milyon funt sterlinqə "Mançester Yunayted"ə transfer olunub. O, "Qırmızı şeytanlar"la iki dəfə ölkə çempionu (1999, 2000), İngiltərə Liqa Kubokunun və Çempionlar Liqasının (1999) qalibi olub.

Mütəmadi olaraq Norveç milli komandasına da dəvət alan Berq yığmanın heyətində 100 oyun keçirib və 9 qarşılaşmada fərqlənməyi bacarıb.

Baş məşqçi karyerası da uğurlu olan Berq çalışdırdığı "Omoniya" klubu ilə ölkə çempionu (2020/2021) və Kipr Superkubokunun qalibi (2021/2022) adını qazanıb. O, Kipr təmsilçisini 2 dəfə avrokubokların qrup mərhələsinə çıxarmağa nail olub. Bundan başqa, Berq 2013/2014 mövsümündə Polşanın "Leqiya" klubu ilə çempionluq sevinci yaşayıb. Bir il sonra bu klubla Polşa kubokunun sahibi olub.

H.Berq son olaraq 2023/2024 mövsümündə İsveçin AİK klubunu çalışdırıb.

Son xəbərlər