Mojo.az Banner
Left Banner
Right Banner

Paytaxtda avtomobillər üçün "hovuz": Yaşayış kompleksinin həyəti su ilə doldu - VİDEO

22.06.2024 13:48 1 272
Paytaxtda avtomobillər üçün
MİDA-nın Yasamaldakı yaşayış kompleksinin ərazisi yağışdan sonra sulara qərq olub.

Bu barədə görüntülər baku.ws-in "qaynar xətti"nə daxil olub.

Bildirilib ki, leysandan sonra yaşayış kompleksinin ərazisi gölməçəyə çevrilib. Nəticədə sakinlərin həm piyada, həm də avtomobillərlə hərəkəti çətinləşib.

Bəzi yerlərdə yığılan suyun səviyyəsi o qədər artıb ki, avtomobil idarə etmək ümumiyyətlə mümkün olmayıb.

Sözügedən görüntüləri təqdim edirik:скачать dle 11.3
Mojo.az Banner