Mojo.az Banner
23:01 Ermənistan Rusiyadan rəsmi şikayət edib  |     22:55 Balaxanıda baş vermiş yanğın söndürüldü  |     22:47 “İnstagram”da yeni trend  |     22:42 Yeni tədris ilində bəzi dərsliklər dəyişəcək - SİYAHI  |     22:35 Səhər yorğun oyanırsınızsa, səbəbi bu ola bilər  |     22:30 Zəlimxan Yusupov həbs edildi  |     22:22 10 ilə yaxın ekologiya sistemi qurdu - Bakıda kafedə noutbuku oğurlandı  |     22:16 Müğənni qardaşını öldürən şəxsə ağır cəza istənildi  |     22:10 Avtobuslarda sərnişinlərin telefonlarını oğurlayırdı - 5 il 3 ay həbs  |     22:02 8 ayda Azərbaycan büdcəsinə nə qədər pul yığılıb?  |     21:57 Azərbaycan Gürcüstana 22 mindən çox dərslik göndərdi  |     21:50 Lionel Messi 17-ci dəfə "Qızıl top"a namizəd oldu  |     21:39 Leyla Əhmədova ev dustaqlığına buraxıldı  |     21:28 Çimərliyə getmək istəyənlərin nəzərinə  |     21:20 Şəkidə məşhur əyləncə mərkəzindəki faciə ilə bağlı YENİ DETALLAR - FOTO / VİDEO (Yenilənib)  |     21:13 Moskvada qəza törətmiş azərbaycanlı reper təzminat ödədi  |     21:05 Yağışdan sonra bu qoxunu niyə sevirik?  |     20:58 Üç plastik cərrah cəzalandırıldı - 22 klinika cərimələndi  |     20:52 Bakıda 31 yaşlı narkotik aludəçisi küçədə öldü  |     20:47 Bu ölkələrdə vahid turistik viza rejimi tətbiq olunacaq  |    
Left Banner
Right Banner

Belçikalı ekspert: "Azərbaycan sığorta sahəsində ciddi boşluqlarla üzləşib"

20.06.2024 20:23 1 926
Belçikalı ekspert:
Əksər ölkələr kimi Azərbaycan da sığorta sahəsində ciddi boşluqlarla üzləşib.

"Report" xəbər verir ki, bunu Belçikanın Löven Katolik Universitetinin professoru Karel Van Hulle Bakıda keçirilən Azərbaycan Beynəlxalq Sığorta Forumunda ("Azerbaijan International Insurance Forum" - AIIF-2024), "İqlim dəyişikliyinin təsiri altında sığorta" adlı panel müzakirələrində bildirib.

"Bu boşluq mühüm risklər olduqda vətəndaşları qoruyacaq sığorta məhsullarının olmaması deməkdir. Həmin risklərə təbii fəlakətləri misal gətirə bilərəm. Getdikcə təbiət hadisələrinin də sayı artır və dünyada zərərin yalnız 1/3-i sığorta hesabına qarşılanır. Bu, sel, zəlzələ, fırtına və ya digər təbiət hadisələrində insanların çətin vəziyyətdə qalması deməkdir. Qeyd etdiyim məsələ sığorta sahəsində böyük problemdir və həlli üçün sığorta bazarını genişləndirmək lazımdır. Daha çox insanın sığorta çətiri altında toplaşmasını təmin etməliyik. Bizim riskləri düzgün sərmayə ilə uzlaşdıran sistemə ehtiyacımız var", - deyə o qeyd edib.скачать dle 11.3
Mojo.az Banner