Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür | 22:56 Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox | 22:50 Abşeronda kişi işləmək istəyən arvadını vəhşicəsinə döydü | 22:41 Turşu xiyarların xarab olmaması üçün nə etməli? | 22:36 “Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə də gedirəm” - Elza Seyidcahan | 22:30 Qərar qəbul edildi - Bu məhsullar BAHALAŞACAQ | 22:22 Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi | 22:17 Süni intellektdən tibbi məsləhət alanlara XƏBƏRDARLIQ | 22:10 Məşhur sovet aktrisası vəfat etdi | 22:02 Türkiyədə qeyri-adi balıq tutulub - FOTO | 21:57 Azərbaycan bu meyvənin satışından 33 milyon dollar qazanıb | 21:50 Böyük pul qazanmaq istedadı olan BÜRCLƏR | 21:45 Paket çay içənlərə xəbərdarlıq | 21:36 Səudiyyə Ərəbistanına raket və dron hücumu: Husilər strateji obyektləri hədəf aldılar | 21:28 General-mayor olan hərbçilər kimlərdir? - Dosye | 21:20 Sümükləri möhkəmləndirmək üçün təkcə kalsium kifayət deyil - 7 məhsul | 21:17 "Arsenal" "Hall Siti"ni tək qolla üstələdi | 21:15 İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı | 21:12 İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video | 20:05 Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb |
Mojo.az Avto
Mojo.az Avto

AVRO-2024: B və C qruplarında liderlik postu uğrunda mübarizə - AFİŞA

20.06.2024 12:33 1 755
AVRO-2024: B və C qruplarında liderlik postu uğrunda mübarizə - AFİŞA
Bu gün əvvəlcə C qrupunda Sloveniya Serbiya ilə, İngiltərə isə Danimarka ilə qarşılaşacaq. Günün son və böyük maraqla gözlənilən matçı isə B qrupunda qərarlaşan İspaniya və İtaliya seçmələri arasında keçiriləcək.

Gərgin mübarizə vəd edən İspaniya İtaliya görüşündə milli komandalar liderlik postunu ələ keçirmək üçün mübarizə aparacaqlar. Hər iki komanda ilk turda qalib gələrək aktivinə üç xalı yazdırmağı bacarıb. Amma, İtaliya millisinin Albaniya ilə görüşdə çətin qələbəsi Xorvatiya ilə qarşılaşmada 3:0 hesablı qələbəyə sevinən İspaniya ilə matç üçün ümid vermir.

AVRO-2024-ün əsas favoritlərindən sayılan İngiltərə millisi də C qrupundakı liderlik postunu qorumaq üçün bu gün Danimarka ilə görüşdə qələbə qazanmağa çalışacaq. Serbiya ilə görüşdə minimalhesablı qələbəyə sevinən ingilislər bu dəfə daha inamlı təsir bağışlayaraq azarkeşlərin etimadını doğrultmağa çalışacaqlar. Danimarkalılar isə İngiltərə millisinin favorit statusunu qırmaq və liderlik postunu ələ keçirmək üçün bütün fürsətlərdən layiqincə yararlanmağa çalışacaqlar.

Qrupun digər matçında Sloveniya ilə Serbiya milliləri üz-üzə gələcəklər. Danimarka ilə görüşdə 1:1 hesablı heç-heçəyə razılaşaraq aktivinə bir xalı yazdıran Sloveniya millisi də Serbiyaya qalib gələrək liderlik postu üçün namizədliyini irəli sürmək niyyətindədir. Hazırda aktivində xalı olmayan Serbiya isə autsayderlikdən qurtulmaq üçün mütləq qələbə qazanmalı olacaq.

C qrupu

Sloveniya – Serbiya


Saat 17:00 – "Allianz Arena"

Danimarka - İngiltərə

Saat 20:00 - "Frankfurt Arena"

B qrupu

İspaniya – İtaliya


Saat 23:00 – "Arena AusSchalke"

Son xəbərlər