Mojo.az Banner
23:01 Ceki Çan Bakıda fanatlarını belə salamladı (Video)  |     22:55 Bloqer canlı yayımda öldürüldü  |     22:47 Rusiyada 12 il əvvəl törədilən dəhşətli cinayət: Bakıda məhkəmə davam edir  |     22:38 Tbilisi-Bakı qatarı yenə gecikdi - SƏBƏB  |     22:33 Bakıda Mirtağı məscidində baş verən yanğın söndürülüb  |     22:30 Paşinyan Trampın Azərbaycan-Ermənistan sülhündəki rolundan danışdı  |     22:29 Daha üç küçədə təmir işlərinə başlanılır  |     22:27 Ukraynada raket çatışmazlığı: Zelenski siyasi səbəbdən şübhələnir  |     22:13 Bakıda məscid yanır  |     22:04 Gəncədə ağır qəza: Dörd yaşlı qız da xəsarət aldı  |     21:54 Təcili tibbi yardım şöbələri üçün tibbi vasitələr alınacaq  |     21:53 Bakıda məşhur ticarət mərkəzində FACİƏ  |     21:52 MN-in "İstirahət evi"nin sabiq rəisi barəsində MƏHKƏMƏ QƏRARI dəyişib  |     21:47 Mal əti bahalaşıb - VİDEO  |     21:00 Marsda nə vaxtsa həyat olub? - YENİ NƏTİCƏ  |     20:53 Bakıda məşhur xəstəxana ləğv edilir - Səbəb nədir?  |     20:45 Bakının kirayə bazarında yeni dalğa - Ev axtaranlara xəbərdarlıq  |     20:40 Su pulunu azaltmaq üçün bunu edin – Detallar  |     20:31 "Nizami"-"28 May" ekspres avtobuslarında kimlər pulsuz gedəcək? - RƏSMİ CAVAB  |     20:24 "Android"dən tətbiqi silmək bütün məlumatların silinməsi demək deyilmiş  |    
Left Banner
Right Banner

Bakıda narkotiklə saxlanılan türk bərbərə görə məşhur bəstəkar niyə dindirilib?

19.06.2024 21:40 1 569
Bakıda narkotiklə saxlanılan türk bərbərə görə məşhur bəstəkar niyə dindirilib?
Bakıda hava limanında narkotiklə saxlanan türkiyəli bərbərin cinayət işinə görə məhkəmədə məşhur bəstəkar da dindirilib.

Qaynarinfo-nun məlumatına görə, 1979-cu il təvəllüdlü, Türkiyədə məşhur qadın bərbəri kimi tanınan Özər adlı şəxs 19 iyul 2023-cü il tarixdə Heydər Əliyev adına Hava Limanında külli miqdarda narkotlik maddə ilə saxlanılıb.

Belə ki, Özər 750,831 qram kokain, 2,944 qram qurudulmuş marixuana, 2,742 qram həşiş qətranı kimi narkotik vasitələri, 3,202 qram MDMA (metilendioksimetamfetamin) psixotrop maddəsi və tərkibindəki preqabalin güclü təsiredici maddəsinin ümumi miqdarı 12,6 qram olan külli miqdarda 28 həb "Lyrica 150 mg” və 28 həb "Lyrica 300 mg” kapsullarını əldə edib, onları malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə 5 qaba və 1 qutuya yerləşdirərək özünə məxsus çamadanda AZAL-ın Bakı-İstanbul reysi ilə Bakıya gətirib. Onun çantalarına baxış zamanı sözügedən narkotik vasitələr aşkarlanıb.

Özər məhkəmədə ifadəsində deyib ki, öz sahəsi üzrə təlim keçmək üçün indiyədək Bakıya 4 dəfə gəlib. Sonuncu gəlişinin məqsədi Tural Abbasov adlı tanışı ilə Bakıda qadın gözəllik mərkəzi açmaq olub. Hadisən bir neçə gün əvvəl Tural Abbasov özü də İstanbulda olub.

Tural Bakıya qayıdanda yüklərinin çox olduğunu əsas gətirərək çantasını Özərin gətirməsini istəyib. Özərin dediyinə görə, Tural sözügedən narkotik vasitələri dərman preaparatı adı ilə Bakıda xəstə anası üçün aparmasını ondan xahiş edib.

Türk bərbər Bakıya gələndə Tural  dövlət qurumlarının birində vəzifədə işləyən tanışının BMW markalı avtomobili ilə hava limanına gedib. Özər hava limanında Turala zəng edərək saxlanıldığını deyib. Bundan sonra Tural sözügedən vəzifəli şəxslə Mərdəkandakı evinə qayıdıb. Həmin gündən sonra Tural Abbasov axtarışa verilib, vəzifəli şəxs isə məhkəmədə dindirilib.

Məhkəmədə ifadə verənlərdən biri də "Umid rəqsi", " Səs", "Yelləncək" mahnılarının bəstəkarı Tərlan Məmmədhüseynovdur. Onun ifadəsinin alınmasına səbəb həm Özər, həm də Tural Abbasovla ortaq dostluqlarının olmasıdır.

Tərlan Məmmədhüseynov ifadəsində deyib ki, Özərlə Tural Abbasovun vasitəsilə Bakı şəhərində tanış olublar. Təqsirləndirilən şəxslə İstanbul şəhərində də görüşüblər. Nə təqsirləndirilən şəxs, nə də Turalın narkotiklə əlaqəsi olması barədə məlumatı olmayıb, özü də bu hadisəyə təəcüblənib. O, Tural Abbasovu təxminən 15 ildir tanıdığnı deyib.

Məhkəmənin qərar ilə Özər Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib və 12 il müddətinə azadlıqdan məhrum edilib.скачать dle 11.3
Mojo.az Banner