Qazaxda 15 mindən çox çətənə bitkisi məhv edildi
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupu məlumat yayıb.
Bildirilib ki, Qazax Rayon Polis Şöbəsinin əməkdaşlarının "Xaşxaş-2024" planına uyğun olaraq keçirdikləri tədbirlərlə rayonun Daş Salahlı və Yuxarı Salahlı kəndi ərazisində yabanı halda bitən, ümumi çəkisi 7 454 kq olan 15 085 ədəd çətənə bitkisi toplanılaraq məhv edilib.