Mojo.az Banner
23:01 Avtomobil almaq istəyənlər DİQQƏT! – Bunu mütləq edin  |     22:56 Bu yol 20 Yanvar və “Şamaxinka”dakı nəqliyyat yükünü azalda bilər – EKSPERT - VİDEO  |     22:50 Ronaldonu belə geri qaytarmaq istəyirlər  |     22:43 Süd vəzi ağrısı nə zaman təhlükəlidir? – Mütəxəssisdən xəbərdarlıq  |     22:38 Şakiranın konserti ilk dəfə dünya üzrə canlı yayımlanacaq  |     22:30 Bu tarixədək pinqvinlər tamamilə məhv ola bilər  |     22:24 Övladınızın “WhatsApp” istifadəsinə nəzarət edə biləcəksiniz  |     22:19 Torpağa basdırılan silah-sursat üzə çıxarıldı  |     22:11 Uşaqlar yatmazdan əvvəl niyə çox danışırlar?  |     22:06 Estoniya tranzit yolunu bağladı  |     21:59 Bakıda kişi pilləkənlərdən yıxılıb öldü  |     21:51 Pulsuz “Wi-Fi” sizə baha başa gələ bilər - Səbəb  |     21:46 "Forsaj" serial olacaq  |     21:39 “Şirvangöl” şadlıq sarayında yoxlama keçirilib  |     21:34 "FlyDubai" təyyarəsini kim xilas etdi?  |     21:28 Antibiotikin yeni zərəri üzə çıxdı - XƏBƏRDARLIQ  |     21:20 Elektron tullantılar təhlükəlidir? - Ekoloqdan AÇIQLAMA  |     21:15 Qırğızıstan ilk milli peykini kosmosa göndərdi  |     21:06 Sevgi və pulla bağlı 2 BÜRCƏ şad xəbər  |     21:00 Problemli kreditlər artır - Ekspert səbəbləri açıqladı  |    
Mojo.az Avto
Mojo.az Avto

Hadi Rəcəblinin ailəsinə məxsus obyekt cərimələndi

13.06.2024 18:28 681
Hadi Rəcəblinin ailəsinə məxsus obyekt cərimələndi
Polis tərəfindən digər dövlət qurumları ilə birgə sanitariya-gigiyena qaydalarının pozulması hallarına qarşı tədbirlər davam etdirilir.

"Qafqazinfo" xəbər verir ki, Lənkəran rayonunda keçirilən tədbir zamanı "Panarama" və "Bulvar Lənkəran" restoranlarından çirkab suyun dənizə axıdılması müəyyən edilib. Həmçinin rayonun Aşağı Nüvədi kəndi ərazisində yerləşən "Palıdlı" istirahət mərkəzində isə məişət tullantılarının yandırıldığı və 2 ağacın kəsildiyi aşkar edilib.

Çirkab suyun dənizə axıdılmasına görə həmin restoranların məsul əməkdaşları, istirahət mərkəzində məişət tullantılarını yandırdığına və 2 ağacı kəsdiyinə görə isə "Türkan" MMC-nin nümayəndəsi barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.

Lerik rayonu ərazisində keçirilən digər tədbir zamanı isə Perzəküjə kəndinin meşə zolağında 32 ədəd fıstıq ağacının kəsildiyi müəyyən olunub. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, "Palıdlı" istirahət mərkəzi mərhum deputat Hadi Rəcəbliyə məxsus olub və hazırda onun ailəsi tərəfindən idarə edilir.скачать dle 11.3
Mojo.az Banner