Mojo.az Banner
18:19 Ronaldonun bacısının əri xoruz döyüşlərinin təşkilində şübhəli bilinir  |     18:11 Beynəlxalq axtarışda olan şəxslər Rusiyadan Azərbaycana ekstradisiya olunublar  |     18:04 Bakıda bəzi tibb işçilərinin maaşlarına əlavənin verilmə MÜDDƏTİ UZADILDI  |     17:58 Karapetyanın deputat toxunulmazlığı ləğv edildi  |     17:41 Dələduzluqda ittiham olunan şəxs Azərbaycana ekstradisiya edildi  |     17:07 Sosial müavinət və işə düzəltmək vədi ilə 45 min manatlıq dələduzluq  |     17:01 "Bibi Heybət"in imamının diplomu tanınmadı  |     17:00 Lənkəranda avtomobil yol kənarındakı satıcını vurub öldürdü  |     16:24 Özəl klinikalarda problemlər artır – Xidmət keyfiyyəti necə qorunmalıdır?  |     16:13 Ev dustaqlığına buraxılan Arzuma bu qadağa qoyuldu - Vəkilindən açıqlama  |     16:06 Nazirlər Kabineti iki ay müddətində müəllimlər üçün geyimlə bağlı tələbləri təsdiqləyəcək  |     15:54 Mehdiabadda kişini başından vurub öldürdülər  |     15:49 Temperatur 41 dərəcəyə yüksələcək - XƏBƏRDARLIQ  |     15:45 IV kurs tələbəsi vəfat etdi  |     15:36 Prezidentdən Rauf Arifoğlu ilə bağlı - Sərəncam  |     14:39 Fransada bəzi məmurlar narkotik testindən sonra işdən kənarlaşdırılıblar  |     14:33 Sabah Bakıda 36, rayonlarda 39 dərəcə isti olacaq - 23.07.2026  |     14:25 Dünyada yanacaq tədarükü təşvişi - NEFT BAHALAŞDI  |     14:20 Bakıda binalardan birində liftlərin fəaliyyəti dayandırıldı  |     14:13 Azərbaycan neftinin qiyməti 99 dollara yaxınlaşır  |    
Left Banner
Right Banner

Prokuror Bakıda hipermarketə silahlı hücumda təqsirləndirilən şəxslərə iş istəyib

12.06.2024 16:02 873
Prokuror Bakıda hipermarketə silahlı hücumda təqsirləndirilən şəxslərə iş istəyib
Prokuror Bakıda hipermarketdə silahlı insidentlə bağlı təqsirləndirilən şəxslərə iş istəyib.
 
Median.Az 
report-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə prokuror Azər Məmmədovun 20 il, Dəyanət Qüdrətovun ömürlük, İbrahim İbrahimovun 20 il, Səbuhi Qurbanovun 20 il, Babək İsgəndərovun 6 il, Rövşən İsmayılovavun isə 7 il müddətə azadlıqdan məhrum edilməsini istəyib.
 
Məhkəmənin növbəti iclası iyulun 3-nə təyin olunub.
 
Qeyd edək ki, hadisə bu ilin martında paytaxtın Xətai rayonunda yerləşən hipermarketdəki bankların birinə məxsus bankomata külli miqdarda pul yerləşdirilən zaman qeydə alınıb.
 
Hadisə zamanı bankın əməkdaşı Samir Şeydayev müxtəlif xəsarətlər alıb, onun mühafizəsini təşkil edən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı Rüfət Həşimov isə ölüb.
 
Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 29, 120.2.7, (iki və ya daha çox şəxsi öldürməyə cəhd), 120.2.1, 120.2.4, 120.2.11, (bir qrup şəxs tərəfindən quldurluqla əlaqədar ümumi təhlükəli üsulla adam öldürmə) 181.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədilə quldurluq) və 228.2.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə) maddələrilə cinayət işi başlanıb.
 
Prokurorluq və DİN əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində qabaqcadan əlbir olan Ruhlan İsmayılov, Dəyanət Qüdrətov, Azər Məmmədov və Səbuhi Qurbanovun bir qrup şəxs halında ümumi təhlükəli üsulla və quldurluqla əlaqədar qəsdən adam öldürmə, adam öldürməyə cəhd, quldurluq və qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatını əldə edib saxlama və gəzdirmə cinayətlərini törətmələrinə əsaslı şübhələr müəyyən edilib.
 
İstintaq-əməliyyat tədbirləri nəticəsində şübhəli şəxs qismində saxlanılan Dəyanət Qüdrətova ilkin olaraq Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.11 29, 120.2.7 və digər maddələri, Azər Məmmədov və Səbuhi Qurbanova isə ilkin olaraq Cinayət Məcəlləsinin 32.5, 120.2.1, 32.5,120.2.4, 32.5, 120.2.11, 32.5, 29, 120.2.7 və digər maddələri ilə ittiham elan edildikdən sonra barələrində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib.
 
Həmin gün saat 21 radələrində yaxalanması istiqamətində keçirilən əməliyyat tədbirləri zamanı Ruhlan İsmayılov polis əməkdaşlarına qarşı silahlı müqavimət göstərdiyi üçün zərərsizləşdirilib.
 
R.İsmayılovun gizləndiyi mənzilə istintaq-əməliyyat qrupu tərəfindən baxış keçirilərkən cinayət nəticəsində əldə olunan 16 min 835 manat və 20 min 100 ABŞ dolları pul, “AKS Lancaster-03” markalı odlu silah, 1 ədəd “Makarov” və 1 ədəd “Colt” tipli tapançalar, çoxsaylı döyüş sursatları, əməliyyat tədbiri nəticəsində saxlanılan şübhəli şəxs Dəyanət Qüdrətovun üzərindən isə 1 ədəd “Blow TR 92D” modelli tapança aşkar edilərək götürülüb.скачать dle 11.3
Mojo.az Banner