Mojo.az Banner
23:01 ABŞ-də təyyarə okeana düşdü  |     22:54 Erməni məhsulları gizlicə Bakı bazarında satılır? - VİDEO  |     22:47 İran Hörmüz boğazı üzərində tam strateji nəzarəti elan etdi  |     22:40 Azərbaycanda ev siçanları hantavirus yaya bilər? - AÇIQLAMA  |     22:35 Daha bir xəstəxananın direktoru və müavini işdən çıxarıldı - FOTO  |     22:27 Donald Trampın qızılı telefonunun satışına bu həftə başlanacaq  |     22:22 Azərbaycanın 7 karateçisi Avropa çempionu oldu  |     22:15 Rusiyada qəbulu planlaşdırılan qərar gündəm oldu: Kimlərə vətəndaşlıq verilməyəcək?  |     22:10 İctimai nəqliyyatda bir ilk: Üztanıma ilə ödəniş tətbiq olunacaq  |     22:03 Sürücülərin NƏZƏRİNƏ: Paytaxtın mərkəzi küçələrindən biri təmirə bağlanır  |     21:58 Ermənistanda seçicilərə rüşvət verən şəxslər həbs edildilər  |     21:51 Hantavirusdan sona norovirus: 1700 sərnişin üçün karantin elan edildi  |     21:43 Cəhənnəm istisi yaxınlaşır: Temperatur +48 dərəcəyə qədər yüksələcək  |     21:38 Laçında yeni yaşayış məhəlləsi tikiləcək - 41 milyonluq layihə  |     21:29 Narkotikə görə axtarışda olan şəxs Azərbaycandan Hindistana təhvil verildi  |     21:23 "Liverpul"un kapitanı "Qalatasaray"ın hədəfində  |     21:17 Azərbaycanda banklarla bağlı yeni qərar  |     21:09 Külək güclənəcək - XƏBƏRARLIQ  |     21:01 Bratislava ilə Bakı arasında birbaşa uçuşlar başlanacaq  |     20:55 Bu vitaminlərdən içməyin!  |    
Left Banner
Right Banner

Bakıda hipermarketdə silahlı insidentlə bağlı təqsirləndirilən şəxslərə hökm oxundu

12.07.2024 18:35 1 662
Bakıda hipermarketdə silahlı insidentlə bağlı təqsirləndirilən şəxslərə hökm oxundu
Bakıda hipermarketdə silahlı insidentlə bağlı təqsirləndirilən şəxslərə hökm oxunub.

"Report" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə Dəyanət Qüdrətov ömürlük azadlıqdan məhrum edilib.

Digər təqsirləndirilən şəxslər Azər Məmmədov 19 il, Səbuhi Qurbanov 18 il 6 ay, İbrahim İbrahimov 19 il müddətinə azadlıqdan mərhum ediliblər. Zamində olan Rövşən İsmayılov 4 il 11 ay 28 gün, Babək İsgəndərov 3 il 11 ay 28 gün azadlıqdan mərhum ediliblər. Onların hər ikisi məhkəmə zalından həbs olunublar.

Qeyd edək ki, hadisə bu ilin martında paytaxtın Xətai rayonunda yerləşən hipermarketdəki bankların birinə məxsus bankomata külli miqdarda pul yerləşdirilən zaman qeydə alınıb.

Hadisə zamanı bankın əməkdaşı Samir Şeydayev müxtəlif xəsarətlər alıb, onun mühafizəsini təşkil edən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı Rüfət Həşimov isə ölüb.

Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 29, 120.2.7, (iki və ya daha çox şəxsi öldürməyə cəhd), 120.2.1, 120.2.4, 120.2.11, (bir qrup şəxs tərəfindən quldurluqla əlaqədar ümumi təhlükəli üsulla adam öldürmə) 181.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədilə quldurluq) və 228.2.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə) maddələri ilə cinayət işi başlanıb.

Prokurorluq və DİN əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində qabaqcadan əlbir olan Ruhlan İsmayılov, Dəyanət Qüdrətov, Azər Məmmədov və Səbuhi Qurbanovun bir qrup şəxs halında ümumi təhlükəli üsulla və quldurluqla əlaqədar qəsdən adam öldürmə, adam öldürməyə cəhd, quldurluq və qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatını əldə edib saxlama və gəzdirmə cinayətlərini törətmələrinə əsaslı şübhələr müəyyən edilib.

İstintaq-əməliyyat tədbirləri nəticəsində şübhəli şəxs qismində saxlanılan Dəyanət Qüdrətova ilkin olaraq Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.11 29, 120.2.7 və digər maddələri, Azər Məmmədov və Səbuhi Qurbanova isə ilkin olaraq Cinayət Məcəlləsinin 32.5, 120.2.1, 32.5,120.2.4, 32.5, 120.2.11, 32.5, 29, 120.2.7 və digər maddələri ilə ittiham elan edildikdən sonra barələrində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib.

Həmin gün saat 21 radələrində yaxalanması istiqamətində keçirilən əməliyyat tədbirləri zamanı Ruhlan İsmayılov polis əməkdaşlarına qarşı silahlı müqavimət göstərdiyi üçün zərərsizləşdirilib.

R.İsmayılovun gizləndiyi mənzilə istintaq-əməliyyat qrupu tərəfindən baxış keçirilərkən cinayət nəticəsində əldə olunan 16 min 835 manat və 20 min 100 ABŞ dolları pul, "AKS Lancaster-03" markalı odlu silah, 1 ədəd "Makarov" və 1 ədəd "Colt" tipli tapançalar, çoxsaylı döyüş sursatları, əməliyyat tədbiri nəticəsində saxlanılan şübhəli şəxs Dəyanət Qüdrətovun üzərindən isə 1 ədəd "Blow TR 92D" modelli tapança aşkarlanaraq götürülüb.скачать dle 11.3
Mojo.az Banner