Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Keçən il fəlsəfə və elmlər doktoru proqramı üzrə buraxılış artıb

06.06.2024 19:29 798
Keçən il fəlsəfə və elmlər doktoru proqramı üzrə buraxılış artıb
Keçən il Azərbaycanda fəlsəfə və elmlər doktoru proqramı üzrə buraxılış artıb.

Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

Qeyd olunub ki, bu ilin əvvəlinə ölkədə elmi kadr potensialının artırılmasında böyük rola malik 116 ali təhsil müəssisəsi və elmi təşkilatda doktoranturalar fəaliyyət göstərib və onlarda 52,1 faizi qadın olmaqla 3170 nəfər təhsil alıb. Təhsil alanların 80,8 faizi fəlsəfə, 19,2 faizi isə elmlər doktoru proqramları üzrə təhsil alıb.

Təhsil alanların 31,9 faizi elmi müəssisə və təşkilatlarda, 68,1 faizi isə ali məktəblərdə yaradılmış doktoranturalarda təhsil alıb. Fəlsəfə doktoru proqramı üzrə bu göstərici müvafiq olaraq 28,6 və 71,4 faiz, elmlər doktoru proqramı üzrə isə 45,6 və 54,4 faiz təşkil edib.

Fəlsəfə doktoru proqramı üzrə təhsil alanların 58,3 faizi 30 yaşadək gənclər, elmlər doktoru proqramı üzrə təhsil alanların isə 27,6 faizi 40 yaşadək olan şəxslərdir.

Fəlsəfə doktoru proqramı üzrə təhsil alan 2552 nəfərin 540-ı iqtisad, 413-ü texnika, 250-si filologiya, 172-si tibb, 148-i pedaqogika, 127-si biologiya, 112-si siyasi, 105-i yer elmləri, 95-i tarix, 92-si hüquq, 86-si aqrar, 73-ü riyaziyyat, qalanları isə elmin digər sahələri üzrə təhsil alır.

Doktorantların 111 nəfəri filologiya, 72 nəfəri iqtisad, 55 nəfəri texnika, hər birində 48 nəfər olmaqla 96 nəfəri tibb və biologiya, 42 nəfəri aqrar, 37 nəfəri tarix, 33 nəfəri kimya, 30 nəfəri yer elmləri, 28 nəfəri hüquq, hər birində 19 nəfər olmaqla 38 nəfəri sənətşünaslıq və pedaqogika, 16 nəfəri siyasi elmlər, 15 nəfəri riyaziyyat, 35 nəfəri isə digər sahələrdə elmlər doktoru proqramı üzrə təhsil alır.

2022-ci illə müqayisədə keçən il fəlsəfə doktoru proqramı üzrə buraxılış 0,4 faiz artaraq 613 nəfər, elmlər doktoru proqramı üzrə isə 21,2 faiz artaraq 120 nəfər təşkil edib. Bu dövrdə fəlsəfə doktoru proqramı üzrə 687 nəfər, elmlər doktoru proqramı üzrə isə 111 nəfər doktoranturaya qəbul olunub.

Bununla yanaşı, ötən il fəlsəfə doktoru proqramı üzrə 262 dissertant təhkim olunub ki, onların da 73,7 faizini qadınlar təşkil edib. Elmlər doktoru proqramı üzrə təhkim olunan dissertantların sayı 100 nəfəri qadın olmaqla 185 nəfərə bərabərdir. Dissertantların əsas hissəsi tibb, biologiya, tarix, fizika, aqrar və filologiya elmləri üzrə təhkim olunub.
//report

Son xəbərlər