Mojo.az Banner
23:01 Varlı insanlar niyə qolf oynayır?  |     22:55 "Telegram" 1 milyard istifadəçi üçün kriptocüzdan istifadəyə verəcək  |     22:48 Kadırovun 18 yaşlı oğlunun şəxsi batalyonu oldu  |     22:41 Azərbaycan və Gürcüstan arasında yeni sistem işə düşdü  |     22:36 Zaur Baxşəliyev ilk dəfə qardaşı və bacısı oğlunu göstərdi -VİDEO  |     22:30 "WhatsApp"dan yenilik: Telefon nömrəsini paylaşmağa ehtiyac qalmayacaq  |     22:22 2015-dən 2025-ə: Azərbaycanda ixtisas balları necə dəyişib?  |     22:16 Ötən ay Azərbaycan istehsal edilən pivənin hamısı satılıb  |     22:08 Azərbaycanlıların rus qadınlarla evlənməsi çətinləşdi – Yeni qayda  |     22:01 Ürəyi təmiz, niyyəti gözəl olan bürclər  |     21:54 4-6 yaşlı uşaqlar üçün hansı oyun və tətbiqlər faydalıdır?  |     21:46 Taleh Yüzbəyovun xanımı xəstəxanaya yerləşdirildi  |     21:41 Naxçıvanda daşınmaz əmlakın dövlət qeydiyyatı 16 % artıb  |     21:41 Dəmiryol Muzeyinə giriş qiymətləri ucuzlaşıb  |     21:33 Bu istiqamətə "Koroğlu"dan avtobuslar ayrıldı - PULSUZ gedəcək...  |     21:25 Tramp Tehranı vurmaqla hədələdi - FOTO  |     21:20 Göyçayda məktəb binası qəzalı vəziyyətdədir (VİDEO)  |     21:14 Belarusda səhlənkar fermerlər orduya göndəriləcək  |     21:06 Bu universitet akkreditasiya olunmuş hesab edilmədi  |     21:00 Azərbaycanda cəmi 3 həkimi olan şəhər var (SİYAHI)  |    
Left Banner
Right Banner

Ötən il Azərbaycanda fəlsəfə doktoru proqramı üzrə buraxılış sayı azalıb

23.06.2025 19:40 921
Ötən il Azərbaycanda fəlsəfə doktoru proqramı üzrə buraxılış sayı azalıb
Bu ilin əvvəlinə ölkədə elmi kadr potensialının artırılmasında böyük rola malik 114 ali təhsil müəssisəsi, elmi müəssisə və təşkilatda doktoranturalar fəaliyyət göstərib və onlarda 50,2 faizi qadın olmaqla 3304 nəfər təhsil alıb.

Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, təhsil alanların 82,5 faizi fəlsəfə, 17,5 faizi isə elmlər doktoru proqramları üzrə təhsil alıb.

Təhsil alanların 31,6 faizi elmi müəssisə və təşkilatlarda, 68,4 faizi isə ali məktəblərdə yaradılmış doktoranturalarda təhsil alıb. Fəlsəfə doktoru proqramı üzrə bu göstərici müvafiq olaraq 27,4 və 72,6 faiz, elmlər doktoru proqramı üzrə isə 51,7 və 48,3 faiz təşkil edib.

Fəlsəfə doktoru proqramı üzrə təhsil alanların 57 faizi 30 yaşadək gənclər, elmlər doktoru proqramı üzrə təhsil alanların isə 28,4 faizi 40 yaşadək olan şəxslərdir.

Fəlsəfə doktoru proqramı üzrə təhsil alan 2726 nəfərin 563-ü texnika, 550-si iqtisad, 246-sı filologiya, 166-sı tibb, 165-i pedaqogika, 155-i siyasi, 123-ü biologiya, hər birində 110 nəfər olmaqla 220-si hüquq və yer elmləri, 92-si tarix, 84-ü kimya, 79-u riyaziyyat, qalanları isə elmin digər sahələri üzrə təhsil alır.

Doktorantların 134 nəfəri filologiya, 70 nəfəri iqtisad, 65 nəfəri texnika, 58 nəfəri biologiya, 43 nəfəri tibb, 36 nəfəri kimya, 27 nəfəri tarix, 24 nəfəri aqrar, 23 nəfəri hüquq, 18 nəfəri pedaqogika, 16 nəfəri yer elmləri, 15 nəfəri sənətşünaslıq, 13 nəfəri riyaziyyat, 36 nəfəri isə digər sahələrdə elmlər doktoru proqramı üzrə təhsil alır.

2023-cü illə müqayisədə 2024-cü ildə fəlsəfə doktoru proqramı üzrə buraxılış 18,4 faiz azalaraq 500 nəfər, elmlər doktoru proqramı üzrə isə 10,8 faiz artaraq 133 nəfər təşkil edib. Bu dövrdə fəlsəfə doktoru proqramı üzrə 758 nəfər, elmlər doktoru proqramı üzrə isə 106 nəfər doktoranturaya qəbul olunub.

Bununla yanaşı, 2024-cü ildə fəlsəfə doktoru proqramı üzrə 157 dissertant təhkim olunub ki, onların da 77,1 faizini qadınlar təşkil edib. Elmlər doktoru proqramı üzrə təhkim olunmuş dissertantların sayı 132 nəfəri qadın olmaqla 231 nəfərə bərabərdir. Dissertantların əsas hissəsi tibb, biologiya, tarix, fizika, iqtisad, texnika və filologiya elmləri üzrə təhkim olunub.скачать dle 11.3
Mojo.az Banner