Mojo.az Banner
23:01 Robotla Bakının mərkəzində gəzdi - Video  |     22:55 Arıqlama dərmanı xərçəng riskini artırır? - Alimlərdən açıqlama  |     22:48 Putini qoruyan 4 nəfər kimdir?  |     22:42 Lənkəranda kişi atasını qaynar su ilə yandırdı  |     22:37 Son 48 ilin rekordu: Xəzərin aqibəti necə olacaq? - Ekoloq  |     22:30 Bakıda mühasib sahibkarı aldatdı, "vergi pulu"nu mənimsədi  |     22:25 Gəncədə işə düzəltmək adı ilə 33 min manatlıq dələduzluq  |     22:19 Bakıda 9 mərtəbəli binalardakı mənzillər 5 mərtəbələrdəkindən niyə bahadır? (VİDEO)  |     22:11 Hər geyimlə uyğunlaşan 3 qiymətli daş - Stilistdən tövsiyələr  |     22:06 Naxçıvanda ağır qəza olub, xəsarət alanlar var  |     21:59 Maştağada saxta alkoqollu içkilərin istehlaka təqdim edilməsinin qarşısı alınıb  |     21:53 Azərbaycanda pensiyalar belə artırılacaq - Komitə sədri açıqladı  |     21:38 Futbol klubunun prezidenti başından güllələndi  |     21:30 Həbsdə olan 2 vəkil azadlığa buraxıldı  |     21:24 192 pivə çəlləyində aksiz pozuntusu aşkarlandı  |     21:15 Sökülüb yerində bina tikiləcəyi iddia edilən peşə məktəbi ilə bağlı AÇIQLAMA  |     21:10 Onlayn kreditlərə dair yeni qaydalar qüvvəyə minəcək - Sabahdan  |     21:02 Oktyabrın ilk günü hava necə olacaq?  |     20:57 Oğuzda əməliyyat - Həbs edilənlər var  |     20:49 Deputat sənədsiz evlərdən danışdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycan dili imtahanının ikinci cəhdi üçün qeydiyyat elan olunub

05.06.2024 12:20 876
Azərbaycan dili imtahanının ikinci cəhdi üçün qeydiyyat elan olunub
Ali və orta ixtisas təhsili müəssisələrinə (11 illik təhsil bazasında) qəbul olmaq istəyən, lakin mayın 12-də keçirilən Azərbaycan dili (dövlət dili kimi) imtahanında iştirak etməyən və ya "qeyri-məqbul" qiymət alan abituriyentlər iyunun 5-dən 10 iyun saat 23:59-dək qeydiyyatdan keçməklə Azərbaycan dili imtahanına yazıla bilərlər. Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin Azərbaycan dili imtahanına qeydiyyatı sabah - iyunun 6-da aktiv ediləcək.


Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Abituriyentlər qeydiyyatdan keçmək üçün tələb olunan məbləği (sistem tərəfindən avtomatik istifadəçiyə məlumat verilir) şəxsi kabinetlərindəki hesablarına əlavə etməlidirlər.

Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə ikinci imtahan iyunun 30-da keçiriləcək.

Xatırladaq ki, 2024-cü il mayın 12-də keçirilən Azərbaycan dili imtahanında iştirak edən, lakin ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsinə qatılmayan 9-cu və 11-ci sinif şagirdləri ikinci imtahanda iştirak etmirlər. Onların mayın 12-də keçirilən imtahandan topladıqları bal yekun attestasiya sənədinə yazılacaq.

Yekun attestasiyası aparılmayan şagirdlər üçün isə sentyabr ayında yenidən imtahan təşkil olunacaq.
скачать dle 11.3
Mojo.az Banner