Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
15:04 Azərbaycanda nikahların sayı 18 ilin ən aşağı səviyyəsinə düşüb - Boşanmaların statistikası  |     15:00 Özünü generalın adamı kimi təqdim edən sahibkar həbs olundu  |     14:48 Məmurlara biznes və əlavə gəlirlərlə bağlı yeni qadağalar qoyulur  |     14:42 Qışda bu məhsul bahalaşacaq — İqtisadi paradoks  |     14:21 Məktəb psixoloqlarının fəaliyyəti dəyişməlidir - AÇIQLAMA  |     14:12 Hər gün saç düzləşdirilməsi böyrəklərə zərər verə bilər – AÇIQLAMA  |     13:56 Bakının bir sıra küçələrində hərəkət məhdudlaşdırılacaq - Siyahı  |     13:10 Bakıda məktəblinin 4-cü mərtəbədən yıxılaraq ölməsi faktı araşdırılır  |     12:56 İspaniya Superkuboku Azərbaycanda keçirilə bilər  |     12:44 Hotellərin doluluğu azalıb - Yerlərin 77 faizi boş qalıb  |     12:40 Ramiz Mehdiyevin köməkçisinə hansı cəza verildi?  |     12:37 Bu tarixdə Bakıda yağış, rayonlarda qar gözlənir  |     12:32 Bütün köhnə avtobuslar yenilənəcək  |     12:21 Samuxda 32 yaşlı kişi bıçaqlandı  |     12:18 Bu gecə keçiriləcək maraqlı futbol oyunlarının AFİŞASI  |     12:10 Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək  |     12:02 Sabunçuda bağçanın qapı və pəncərələrini sındıran qazi saxlanılıb  |     12:00 Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır  |     11:53 Azərbaycanda satılan çerri pomidorlar təhlükəlidirmi? - Ekspert açıqladı  |     11:44 İlham Əliyev çexiyalı həmkarına məktub göndərdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakının Azadlıq prospektinin bir hissəsində təmir işlərinə start verilib - VİDEO

03.06.2024 15:04 1 302
Bakının Azadlıq prospektinin bir hissəsində təmir işlərinə start verilib - VİDEO
Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması üçün paytaxtın Azadlıq prospektində əsaslı təmir işlərinə start verilib.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, təmir işləri prospektin Cəfər Xəndan küçəsi ilə Mixail Kaveroçkin küçəsi arasında olan hissəsində aparılır. Sözügedən hissənin uzunluğu 3,4 km təşkil edir.

Azadlıq prospekti boyunca hərəkət intensivliyi və vətəndaşların rahatlığı nəzərə alınaraq təmir işləri gecə saatlarında aparılır. Hazırda ərazidə köhnə asfalt-beton örtüyünün frezlənməsi və frez materialının kənara daşınması işləri icra olunur.

Qeyd edək ki, işlərin aparıldığı ərazidə hərəkət məhdudlaşdırılmır. Yalnız ərazidən keçən avtonəqliyyat vasitələrinin və çalışan işçilərin təhlükəsizliyi baxımından müəyyən hərəkət zolaqları üzrə qismən məhdudlaşma tətbiq edilir.

Agentlik bir daha sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını, təmir müddətində sözügedən prospektlə hərəkətdə olarkən diqqətli olmalarını, təmir ərazisində qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələrini xahiş edir.

Son xəbərlər