Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda həcc ziyarətinin qiyməti niyə artıb?

30.05.2024 11:32 858
Azərbaycanda həcc ziyarətinin qiyməti niyə artıb?
Azərbaycandan həcc ziyarətinə sənəd qəbulu başa çatıb. Qafqaz Müsəlmanları İdarəsindən bildirilib ki, azərbaycanlı zəvvarlar üçün ayrılmış 1500 nəfərlik kvota artıq dolub.

Azərbaycandan həcc ziyarəti üçün ilk uçuş iyunun 4-də həyata keçiriləcək.

Qeyd edək ki, ziyarətin bir nəfər üçün qiyməti 5 min 850 ABŞ dolları təşkil edir. Ziyarət hava nəqliyyatı ilə həyata keçiriləcək.

Artıq son bir neçə ildir ki, həcc ziyarətinin bir nəfər üçün olan qiymətinin artırılması ilə bağlı narazılıqlar olur. Bununla bağlı suallar da verilir

İqtisadçı ekspert Eldəniz Əmirov başqa ölkələrlə müqayisə apararaq qiymət artımının səbəblərindən danışıb:

"Hazırda bir nəfər üçün həcc ziyarətinin qiyməti 5 min 850 ABŞ dollardır. Ötən il isə mart ayında bu qiymət 5 min 750 dollar olub. Bu, ötən illə müqayisədə ciddi artım deyil. Ona görə ki, bunu faizə çevirdikdə bu il ötən ilə nisbətən 1,7 % artım olub. İnflyasiya faktoru nəzər alınsa, bu, elə də ciddi artım deyil. Çünki ötən il Azərbaycanda 8,8 %, Ərəbistanda isə 2,47 % inflyasiya olub. Odur ki, 1,7 % artım normal hesab edilə bilər.

Lakin ümumiyyətlə, "bir nəfər üçün 5 min 850 ABŞ dollar, təxminən 10 000 manata qədər olan qiymət çoxdur, yoxsa az?" sualına ciddi hesablama və təhlillər aparmadan cavab vermək mümkün deyil. Sadəcə onu qeyd etmək olar ki, tələbin yüksək olmasına rəğmən, təklifin kəskin az olması həmişə və hər yerdə qiymətlərə təsir edir. İstənilən xidməti təklif edən subyekt rəqibsiz olduğu təqdirdə və üstəlik məhdud sayla olarsa, bu, özünü qiymətdə göstərməyə bilməz".

Xatırladaq ki, Azərbaycanda həcc ziyarəti ilə bağlı sənədlərin qəbulu fevralın 12-dən başlayıb. Qeyd edək ki, iyunun 16-sı və 17-də Azərbaycanda Qurban bayramıdır.

Son xəbərlər