Mojo.az — elanlar
Son Xəbərlər
23:01 Pensiyası kəsilənlərin nəzərinə  |     22:56 Bu 4 bürcün kişiləri sevdisə vaz keçmir - ADLAR  |     22:44 Ən populyar adlar dəyişdi: Yusifi Uğur, Zəhranı Melisa əvəzlədi (SİYAHI)  |     22:39 Nişanlı məhkumun cəzasının qalan hissəsi bağışlandı - Toyu olacaq  |     22:34 Depressiyaya düşüb cinayət törətdi - Bakıda gözəllik salonundakı oğurluğun detalları  |     22:27 10 manata satılan kərə yağları: Sağlamlıq üçün nə qədər təhlükəlidir?  |     22:20 Erkən nikah bəlası: Psixoloji travmalar, məcburi qərarlar və çıxış yolları  |     22:15 "Dubayda tutulmuşam" deyib əlavə pul aldı - Məhkəmədən amnistiya qərarı  |     22:08 Qonşusunu boğazından sıxan 67 yaşlı kişi cərimə edildi  |     22:02 Azərbaycanlıların bu il ən çox getdiyi ölkələr açıqlandı  |     21:55 Xolesterini azaldan qidalar: Kardioloq payızın ən faydalı tərəvəzini açıqladı  |     21:50 Qızılın qiyməti oktyabrın 14-dən bəri ən aşağı səviyyədədir  |     21:42 Bu serialın heyətində dəyişiklik ediləcək  |     21:37 Autizmli uşağı döyən müəllim üzr istədi - VİDEO  |     21:30 DSMF pensiyaların bərpası və yenidən təyini qaydalarını açıqıadı  |     21:24 8 ayda aldadılan istehlakçıların sayı açıqlandı  |     21:15 Motosiklet qaçıran, skuter və velosiped oğurlayan beş nəfər saxlanıldı  |     21:09 Türkiyə-Ermənistan sərhədi açılır?  |     21:00 "Konstitusiya məsələsi Azərbaycanla müzakirə olunmur" - Baş nazir  |     20:47 Azərbaycanda keçiriləcək U-20 dünya çempionatının tarixləri açıqlandı - Rəsmi  |    
Mojo.az Avto
Mojo.az Avto

Universitetlərə qəbul imtahanının modeli dəyişdiriləcək?

29.05.2024 22:53 921
Universitetlərə qəbul imtahanının modeli dəyişdiriləcək?
Artıq müasir dünyada yeni imtahan modeli var. Burada təkcə biliklər yoxlanılmır, həmçinin bacarıqlar yoxlanılır.

Bu barədə Trend-in suallarını cavablayarkən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzi rəhbəri Kamran Əsədov bildirib.

O qeyd edib ki, Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtihanlar kifayət qədər obyektiv, şəffaf, əlçatandır.

"Amma burada biz imtahan iştirakçılarının yalnız əzbər biliklərini yoxlamaq imkanına malikik və yeni məzmumlu imtahanlara ehtiyac var. Bu imtahanlar təkcə kağızdaşıyıcı üzərində olmur. Həmçinin bu imtihanlar elektron qaydada, evdən də ola bilər. Artıq dünyada İELTS, TOEFL kimi imtahanlar digital formada keçirilir. Yəni, imtahan iştirakçıları kağız üzərində yox, həmçinin onlayn platformalarda bu imtahanlara qoşulurlar. İmtahanların təkcə məzmunu yox, formatı da, müddətləri də dəyişməlidir. Yəni, bir imtihan iştirakçısına bir dəfə yox, bir neçə dəfə imtihanda iştirak edilmək imkanı yaradırmalıdır ki, müxtəlif səbəblərdən imtihan nəticələri zəif olan şəxslər öz nəticələrini yaxşılaşdırmalıdır. Artıq qəbul imtihanlarına, xüsusən son 10 il ərzində, hər hansısa bir müdaxilə yoxdur və yaxud da kimsə bu və ya digər yollardan ali məktəblərə qəbul ola bilmir. Bizim indiyənə qədər ən narahatlı olduğumuz məqam şəffaf imtihanlar idi. İndi isə artıq biz şəffaflıq mərhələsini geridə qoymuşuq və bir mənalar şəkildə indi biz imtahanların keyfiyyətini yüksətməliyik", - deyə o əlavə edib.

Ekspert əlavə edib ki, bu gün ali məktəblərə 650-700 bal ilə qəbul olan şəxslər əmək bazarında bəzi halda uğurlu mütəxəssislərə çevrilə bilmirlər.

"Ona görə ki, bizim imtahan modelimizdə yanlışlıq var. Hesab edirəm ki, biz imtahan iştirakçılarının təkcə test mərhəzində bilikləri yoxlamamalı, onların həm də imtahandan sonra ki, ixtisas seçimi mərhələsinə xüsusi diqqət etməliyik.

Ümumilikdə Azərbaycanda artıq universitetlərə qəbul plan yeri ciddi şəkildə artıb. Əgər 2010-cu ildə ali məktəblərin bakalavr qəbul plan yeri 29 min idi isə, 2024-cü ildə bu rəqamlar 60 minə çatıb.

İmtahan modeli həm də elə olmalıdır ki, imtihan iştirakçısı psixoloji rahat olsun, gərginlik keçirməsin. Məsələn, bu günləri Dövlət İmtihan Mərkəzi istər buraxılış imtihanlarına, istər qəbul imtihanlarına situasiya tipli sualları daxil edib və situasiya suallarını markerlər yoxlayırlar. Bu, doğru yanaşma tərzi deyil. Çünki markerlər yoxlama zamanı müəyyən qədər yanlışlıqlara yol verir", - deyə K.Əsədov vurğulayıb.

Son xəbərlər