Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:32 TTM-də 200 minlik mənimsəmə: Polkovnikin və digərlərinin məhkəməsi başladı | 17:13 Tələbə qızların fotolarını yayıb silmək üçün pul tələb edirlər - VİDEO | 16:53 Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video | 16:49 Günəşdə yenidən partlayışlar qeydə alınıb | 16:42 Prezident İlham Əliyevə təbriklər gəlir | 16:34 Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya çatdıran qadın kimdir? - Yeni faktlar | 16:33 Prezidentdən Kamran İmanovla bağlı - Sərəncam | 16:32 Bakıda kollecdə qan töküldü: Tələbəyə 6 bıçaq zərbəsi vuruldu | 16:30 Bakıda kişi ona "keçəl" deyən bacısını döydü | 16:28 Səudiyyə Ərəbistanından Azərbaycana göndərilən qurban əti 7 min ailəyə çatdırılacaq | 16:01 İrandan Azərbaycana qanunsuz keçmək istəyən əcnəbilər saxlanıldılar | 14:42 Cəlilabadda 6 kəndin işığı kəsilib | 14:38 "Qazlaşdırılmayan kəndlərə görə meşələr qırıla bilər" - Deputatdan xəbərdarlıq | 14:33 Boşanma vaxtı qadını aldadıb 163 minlik ziyan vurdu - Qərar | 14:30 Göygöldə iki avtomobil toqquşdu, Türkiyə vətəndaşı da yaralandı | 14:22 Türk lirəsi rekord həddə ucuzlaşdı | 14:11 Falçının məhkəməsində zərərçəkən danışdı: "Bu qadına 360 min manatlıq qızıl vermişəm" | 14:00 Gələn il ərzaq bahalaşacaq - Dünya Bankı və BVF-dən yeni proqnozlar | 13:53 "Sabah"ın "Vikinq"ə qarşı oyunu hansı kanalda yayımlanacaq? | 13:46 İlham Əliyev və Mehriban Əliyeva "AIREX 2026" sərgisi ilə tanış olublar |
Mojo.az Avto
Mojo.az Avto

Ərdoğan dəhşətli zəlzələlərin vurduğu ziyanı açıqladı

25.05.2024 21:25 1 455
Ərdoğan dəhşətli zəlzələlərin vurduğu ziyanı açıqladı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2023-cü ilin fevral ayında baş vermiş dağıdıcı zəlzələlərdən Türkiyə iqtisadiyyatına 104 milyard dollar ziyan dəydiyini bildirib.

"Bütün bu problemlərə əlavə olaraq, Türkiyədə 6 fevralda baş verən zəlzələlər nəticəsində 53 mindən çox insan həyatını itirdi. Ümumilikdə 11 vilayətə və 14 milyon insana təsir edən zəlzələlərin iqtisadiyyatımız üçün ziyanı 104 milyard dollara çatdı, təkcə evlərdə deyil, həm də istehsal obyektlərində dağıntılar oldu", - deyə Türkiyə lideri Xarici İqtisadi Əlaqələr Şurasının 37-ci Baş Assambleyasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Türkiyənin cənub-şərqində ticarət evləri dağıdılıb, müəssisələr bağlanıb, şəhərlərin infrastrukturuna ciddi ziyan dəyib.

"Zəlzələ zonasında yararsız vəziyyətə düşmüş 850 min obyektdən 170 mini iş yeridir, Avropa və ABŞ də daxil olmaqla, heç bir iqtisadiyyat nə qədər inkişaf etsə də, belə bir fəlakətin öhdəsindən asanlıqla gələ bilməz", - Ərdoğan vurğulayıb.

Xatırladaq ki, fevralın 6-da Türkiyənin cənub-şərqindəki Kahramanmaraş vilayətində 7,7 və 7,6 bal gücündə zəlzələlər doqquz saat fərqlə baş verib. Yeraltı təkanlar ölkənin 11 vilayətində və Suriya da daxil olmaqla, digər qonşu ölkələrdə hiss olunub. Son məlumatlara görə, təbii fəlakət zamanı Türkiyədə 53 mindən çox insan həyatını itirib.

Mənbə: RİA Novosti

Son xəbərlər