Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Sarayda azyaşlı yol-nəqliyyat hadisəsində ağır xəsarət alıb

24.05.2024 11:40 2 016
Sarayda azyaşlı yol-nəqliyyat hadisəsində ağır xəsarət alıb
Abşeron rayonunda 9 yaşlı uşaq yol-nəqliyyat hadisəsində xəsarət alıb.

"Report" un məlumatına görə, hadisə Saray qəsəbəsində qeydə alınıb.

Belə ki, 2015-ci il təvəllüdlü S.Məmmədli yolu keçərkən avtomobil onu vurub. Yaralı təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər