Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Latviya Azərbaycana torpaqların konsolidasiyası üzrə Aİ təcrübəsini öyrədəcək

22.05.2024 20:23 1 416
Latviya Azərbaycana torpaqların konsolidasiyası üzrə Aİ təcrübəsini öyrədəcək
Azərbaycan Latviya ilə torpaqların konsolidasiyası üzrə Avropa İttifaqının (Aİ) təcrübəsinin öyrənilməsi üçün birgə əməkdaşlıq imkanlarını nəzərdən keçirəcək.

Bunu "Report"a Latviyanın Kənd Təsərrüfatı Nazirliyinin dövlət katibi Rayvis Kronberq deyib.

Onun sözlərinə görə, mayın əvvəlində Azərbaycana Latviyadan nümayəndə heyəti gəlib və Kənd Təsərrüfatı Nazirliyində görüşlər keçirilib.

R. Kronberq bildirib ki, əməkdaşlıq bir sıra sahələri əhatə edəcək: “Aqrar sektorun maliyyələşdirilməsi mexanizmlərinin təkmilləşdirilməsi üçün təcrübə mübadiləsinin aparılması, aqrar tədqiqatlar, aqrar təhsil və innovasiyalar sahəsində əməkdaşlıq imkanlarının artırılması, heyvandarlıqda süni mayalanma, heyvandarlıq və seleksiya işləri sahəsində əməkdaşlıq nəzərdə tutulur. Bununla yanaşı, ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalı, sertifikatlaşdırılması və marketinqi haqqında məlumat mübadiləsi, müvafiq tərəfin ekspertlərinin məsləhətləşmə səfərləri, əlaqədar dövlət orqanlarının əməkdaşları üçün təlim proqramları və ya təhsil səfərləri, vebinarlar və digər onlayn sessiyalar, tərəflərdən hər hansı birinin ölkəsində seminar və konfranslarda iştirak nəzərdə tutulub".

Xatırladaq ki, bu ilin yanvar-mart aylarında Azərbaycan və Latviya arasında ticarət dövriyyəsi 6 milyon 427,3 min ABŞ dolları təşkil edib. Bunun 4 milyon 359,85 min ABŞ dolları idxalın, 2 milyon 067,45 min ABŞ dolları isə ixracın hesabına təmin edilib.

2023-cü ildə ölkələr arasında ticarət dövriyyənin həcmi 65 milyon ABŞ dolları təşkil edib.

Son xəbərlər