Mojo.az Banner
14:23 Sabirabadda oğul anasını amansızlıqla döydü  |     13:09 Azərbaycan Mərkəzi Bankına yeni baş direktor təyin edilib  |     13:08 30 il sonra azad olmaq istəyir - Əvvəl ölüm cəzası, sonra ömürlük almışdı  |     13:02 Şəmkirdə məktəbdə nöqsanlar aşkarlanıb, direktor işdən çıxarılıb  |     12:35 Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı  |     12:29 Gürcüstanda 13 yaşlı Azərbaycan vətəndaşı əkiz uşaq doğdu: Araşdırma başladı  |     12:26 Cüdo üzrə Azərbaycan millisinə ukraynalı idmançı cəlb olunub  |     12:20 Kiyevdə dron hücumu nəticəsində həlak olan azərbaycanlı dəfn edilib  |     12:11 Ər onunla toya getmək istəməyən arvadını döydü - Tərtərdəki hadisənin təfərrüatı  |     11:55 Tanınmış rəqqas arvadına uşağının yanında zorakılıq etdi - Video  |     11:51 Prezidentin köməkçisi: "Azərbaycan müxtəlif tərəflər arasında səssiz diplomatiya və vasitəçilik təmin edir"  |     11:50 Azərbaycan nefti bahalaşdı  |     11:48 Hikmət Hacıyev: "Prezident Tramp sülh prosesinə öz siyasi nüfuzunu qoydu"  |     11:42 Hikmət Hacıyev: "Yekun sülh üçün Ermənistan Konstitusiyasının dəyişdirilməsini gözləyirik"  |     11:37 Hikmət Hacıyev: "Ermənistan gəncləri arasındakı revanşizm bizi narahat edir"  |     11:23 Beyləqanda ağır qəza, ölən var  |     11:21 Toyuq əti də bahalaşdı - Video  |     11:13 Kəlbəcərə sulu qar yağıb - Faktiki hava  |     22:57 Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet alışında yeni qaydalar  |     22:50 Ermənistan ordusunun əsgəri öldü  |    
Mojo.az Avto
Mojo.az Avto

Bu səbəblər kişiləri qadınlardan uzaqlaşdırır - Psixoloqdan AÇIQLAMA

21.05.2024 20:55 1 479
Bu səbəblər kişiləri qadınlardan uzaqlaşdırır - Psixoloqdan AÇIQLAMA
İkili münasibətlərə diqqət yetirsək görərik ki, əksəriyyəti qısamüddətli olur. Əsasən, kişilər münasibət qurduqları qadından daha tez uzaqlaşırlar.
 
Bəs kişiləri qadınlardan uzaqlaşdıran əsas səbəblər nədir?
 
Mövzu ilə bağlı sfera.az-a danışan psixoloq Ləman Məmmədova bildirib ki, kişilərin sevmədiyi qadın tipləri ərköyün, baxımsız və intim münasibətdən imtina edənlərdir.
 
“Problemin özəyi daha da dərin qatlarda yatır. Kişi həyatın mərkəzi, dünyanın zirvəsi deyil. Planetimiz kişilərin varlığından daha geniş və rəngarəngdir. Ona görə kişilərin ətrafında pərvanə olmağa ehtiyac yoxdur. Hər bir qadın nəzəri cəhətdən də olsa öz sevgilisindən ayrılmağı bacarmalıdır və ondan aslı olmamalıdır. Qadınlar maddi cəhətdən azad və işində peşəkar olmalıdır. Şəxsiyyət kimi formalaşmış qadını heç bir kişi itirmək istəməz. Kişiləri həyatının mərkəzinə qoyan qadınlar onları özlərindən soyudurlar. Qadınlar ocağın keçikçisidir. Məhz bu baxımdan qadınlar ən azı 2 yeməyi dadlı bişirməyi bacarmalıdır. Kişilər həmçinin, cibləri axtaran qadınları xoşlamır. Onlar maaşını yoldaşlarına vermək məcburiyyətində deyil. Məhz bu baxımdan ondan maaşını soruşan və daima pul tələb edən qadınlardan qaçırlar”.
 
Psixoloqun sözlərinə görə, kişilər mənəvi yalnızlığı sevmirlər.
 
“Onlar həyatında olan qadınla hər dərdini və problemini rahatlıqla bölüşmək arzusunda olurlar. Qadınlarımız isə, əsasən, ya dinləməyi bacarmırlar, ya da mühakimə edirlər. Bu da kişiləri qadınlardan uzaqlaşdıran əsas səbəblərdən biridir. Cinsi əlaqədən imtina etmək kişilərin digər qadınlara yönəlməsinə və öz yoldaşlarından soyumasına səbəb olur. Məhz bu baxımdan qadınlar intim münasibətdən qaçmamalıdır. Xanımlar daima öz gözəlliklərinə və təmizliyinə diqqət yetirməlidir. Bir çox qadınlar ailə qurduqdan sonra özlərinə və təmizliyinə diqqət yetirmirlər. Bunun nəticəsidir ki, xəyanət edən kişilərin də sayı gündən-günə artır”.скачать dle 11.3
Mojo.az Banner