Mojo.az — elanlar
Son Xəbərlər
20:52 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     20:51 Bakıda Azərbaycan-İtaliya Biznes Forumu keçiriləcək  |     20:48 Bakıda 25 il əvvəl törədilmiş qətlin üstü açıldı  |     20:23 "Gəncə Mall"da oğurluq  |     19:55 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib  |     19:36 Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - Foto  |     19:20 Dəhşətli qətlin şok təfərrüatı: Şəxs öldürüləndən sonra saxta mesajla maaşı alınıb  |     19:07 İcbari tibbi sığorta ilə alınan dərmanların siyahısı genişləndiriləcək  |     19:04 Sabah paytaxtın iki rayonunda qaz olmayacaq  |     18:51 Bakıda manatlıq taksidə 16 yaşlı oğlana qarşı seksual xarakterli təzyiqdə şübhəli bilinən sürücü saxlanıldı  |     18:15 İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib  |     17:58 Otaq yoldaşını öldürüb parçaladı, adından mesaj yazıb, maaşını aldı - MƏHKƏMƏ  |     17:39 MŞ jurnalistlərin adından saxta WhatsApp hesablarının yaradılması ilə bağlı xəbərdarlıq edib.  |     17:35 Azərbaycanın Qoşulmama Hərəkatı ilə Gənclər Təşkilatı Katibliyi haqqında Ev Sahibi Ölkə Sazişi təsdiqlənib  |     17:33 “Brain Academy”də 2 yaşlı uşağa zorakılıq edən işçi işdən çıxarıldı  |     17:26 Yevlaxda qeysəriyyə əməliyyatı zamanı uşaq ölüb  |     17:23 Çexiyaya köçən azərbaycanlı miqrant qadın əri tərəfindən qətlə yetirildi, 3 övladından xəbər yoxdur  |     17:18 Tikinti və təmir adı altında vətəndaşların pulunu ələ keçirən şirkət rəhbəri saxlanılıb  |     17:13 “Lyuk”a düşüb xəsarət alan məmur xanımına görə - AAYDA rəsmisi cəzalandırılıb  |     16:55 Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb  |    
Mojo.az Avto
Mojo.az Avto

Kişilər arasında işsizlər qadınlardan çoxdur? - Statistik müəmma

28.06.2025 22:28 801
Kişilər arasında işsizlər qadınlardan çoxdur? - Statistik müəmma
2025-ci il iyun ayının 1-i vəziyyətinə görə, Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 229,9 min nəfər olub. Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, işsiz şəxslərin 48,9 faizini qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişinin orta aylıq məbləği 435 manat olub.

Statistik rəqəmlərdən göründüyü kimi, işsiz şəxslərin çox faizini kişilər təşkil edir. Bəs kişilərin iş tapmamasına səbəb nədir?

Mövzu barədə Bizim.Media-ya danışan iqtisadçı ekspert Akif Nəsirli deyib ki, qeyri-rəsmi mənzərə fərqlidir:

"Ölkədə, əslində, işsiz əhalinin əksəriyyətini xanımlar təşkil edir. Statistik məlumatların bu gün əks göstərici sərgiləməsi onunla bağlıdır ki, kişilərin böyük əksəriyyəti ailə başçısıdır və bu ailəni dolandırmaqdan ötrü normal pul qazanmalıdır. Rəsmi iş yerlərində də normal əməkhaqqı vermirlər. Ona görə də həmin kişilər qeyri-rəsmi işlərdə işləyirlər. Qadınlar rəsmi işlərdə daha çox çalışırlar. Onlar ailədə ikinci dərəcəli gəlir gətirən üzv sayılırlar. Ona görə də qadınlar az maaş verilən rəsmi işlə qane olurlar".

Onun sözlərinə görə, qadınların statsitikada məşğulluğu daha çoxdur:

"Kişilər daha çox əməkhaqqı verilən qeyri-rəsmi işlərdə işləyirlər. Bunlar qeyri-leqal məşğulluq seqmentinə aiddirlər. Ona görə də realda kişilərin böyük əksəriyyətinin məşğul olmasına baxmayaraq statsitikada görünür ki, guya qadınların çoxu məşğuldur, kişilər daha az məşğuldr. Yəni rəsmən belədir, qeyri-rəsmi mənzərə tamamilə fərqlidir".

Son xəbərlər