Mojo.az Banner
22:57 "Formula-1"lə bağlı mühüm dəyişikliklər  |     22:52 Bakını tərk edən deputat danışdı: “Artıq burada yaşayıram”  |     22:42 Yumurta yeyənlərin diqqətinə: Bu xəstəliyin riski daha aşağı ola bilər  |     22:31 Serdar Ortaç vəsiyyətini açıqladı – Mirası kimlərə qalacaq?  |     22:21 Dünyanın ən böyük neft ehtiyatlarına malik ölkələri açıqlandı - SİYAHI  |     22:10 Universitetin 3-cü kurs tələbəsi vəfat etdi  |     21:53 Ozon dəliyi rekord səviyyədə kiçildi  |     21:48 Bu universitetlərdə dərslər onlayn keçiriləcək  |     21:40 "Bitcoin" sürətlə bahalaşır - Yeni QİYMƏT  |     21:35 Çalışanların 98 faizindən çoxu bu sektordadır - RƏQƏMLƏR  |     21:28 Azərbaycanda ən çox bu xəstəliklərdən əziyyət çəkirlər - RƏSMİ STATİSTİKA  |     21:23 Bakının bu ərazisində zəhərli ilanlar peyda oldu  |     21:15 Bu əsgərlərə pis xəbər: bir neçə ay gec tərxis olunacaqlar – SƏBƏB  |     21:10 Toydan çıxarkən qonşusunu döydü - 2 il 3 ay azadlığı məhdudlaşdırıldı  |     21:02 Bu həftə ən şanslı olacaq BÜRCLƏR  |     20:57 Anasını yemək üstündə döydü - Məhkəmə qərar verdi  |     20:50 "Private Facility Management" və rəhbəri məhkəmə qarşısında - 3000 manatlıq cərimə  |     20:45 Bu qəzadan xəsarət almadan qurtuldular  |     20:39 Payızda oynaq ağrıları niyə artır? - Həkimdən vacib xəbərdarlıq  |     20:36 Bakıda 10 ildən çoxdur satılmayan malikanə: Qiyməti 3 milyon endirildi (FOTO)  |    
Mojo.az Avto
Mojo.az Avto

"Qəbələ"nin azərbaycanlı futbolçuları I Liqada oynamağa hazırdırlar?

16.05.2024 21:45 1 149
“Qəbələ” klubunun azərbaycanlı futbolçuları I Liqada oynamağa hazırdırlar?

“Report” bu suala aydınlıq gətirmək üçün növbəti mövsümdən aşağı dəstədə çıxış edəcəyi dəqiqləşən bölgə təmsilçisinin üzvlərinə müraciət edib.

Asif Məmmədov: “Düzdür, büdcə azalacaq, şərtlər dəyişəcək. Lakin “Qəbələ” mənə o qədər doğmadır ki, açığı, belə şeylərə çox önəm vermirəm. Ehtiyac varsa, komandaya kömək etmək istəyərəm. Nisbətən aşağı maaş təklif etsələr belə, oynamağa razılaşaram. Heç bir problem olmayacaq. “Qəbələ” evim kimidir, 10 ilə yaxındır buradayam. Nə lazımdırsa, ediblər. Oynamağım önəmli deyil, fikrimcə, mənim orada olmağım kifayətdir. İstər-istəməz gənclərin yanında təcrübəli futbolçu olmalıdır”.

İlkin Qırtımov: “Qarşıda iki oyun var. Hələ bu barədə rəhbərliklə aramızda heç bir söhbət olmayıb. I Liqada oynamaq problem deyil. Hamı necə, mən də elə. Demirəm ki, I Liqada oynamağı özümə sığışdırmaram. Şərtlərə gəlincə, yəqin ki, mövsümün sonuna qədər dəqiqləşdirərik”.

Urfan Abbasov: “Hələ qəti qərara gəlməmişəm. Qarşıda iki oyunumuz var. İnşallah, bitirək, daha sonra qərar verərəm. Başqa maraqlı təklif olsa, dəyərləndirərəm. Əks halda, yəqin ki, “Qəbələ”də qalacam”.

Ülvi İsgəndərov: “Bir neçə təklifim var. Müqaviləmdəki bəndə görə komanda Premyer Liqadan düşərsə, anlaşma avtomatik ləğv olunur. Qalıb-qalmayacağımla bağlı “Qəbələ” rəhbərliyi ilə danışmamışam. Ehtiyac olarsa, I Liqada da "Qəbələ" üçün oynayaram”.

Qeyd edək ki, AFFA İcraiyyə Komitəsinin mayın 13-də baş tutan iclasında idman prinsiplərinin qorunmasının vacibliyi vurğulanıb. Bununla da Azərbaycan Premyer Liqasında sonuncu pilləni tutan komandanın, yəni "Qəbələ"nin I Liqaya düşəcəyi dəqiqləşib. I Liqanın çempionu isə yeni mövsümdən ölkənin əsas çempionatında çıxış edəcək.скачать dle 11.3
Mojo.az Banner