Mojo.az Banner
23:01 Tanınmış iqtisadçının evinə ilan girdi - Sumqayıtda təhlükəli anlar  |     22:56 Kürdəmirdə açıq ərazidə yanğın başlayıb  |     22:50 Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı  |     22:43 Hazırda istifadə edilən ödəniş kartlarına da məhdudiyyət qoyulacaq? - Açıqlama  |     22:38 Zidan QADAĞAN ETDİ  |     22:29 Rusiyaya gedən İran qazı Azərbaycandan keçəcək  |     22:23 Bakı metrosunda HƏYƏCANLI ANLAR: Sərnişin relslərə düşdü  |     22:18 Ağaclar qanunsuz kəsildi, təbiətə 225 min manatdan çox ziyan vuruldu  |     22:10 Çay evində mahnı sifarişi üstündə DAVA: Müştəri bıçaqlandı  |     22:05 Azərbaycanda korrupsiya barədə məlumat verənlərə MÜKAFAT veriləcək  |     21:51 Günəşdə güclü partlayış gözlənilir - Maqnit qasırğası olacaq  |     21:44 Ekrandakı “n” işarəsi nə deməkdir? - Cavabı sizi təəccübləndirə bilər  |     21:39 Üç yaşlı uşaq 21 maqnit uddu  |     21:34 Körpələrə ana südü nə qədər verilməlidir?  |     21:26 Navai 7 illik mühafizəçisinə maşın hədiyyə etdi - VİDEO  |     21:21 2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər  |     21:13 Bu ağcaqanadlar daha təhlükəlidir  |     21:07 Zibil qabındakı xoşagəlməz qoxulardan necə qurtulmaq olar?  |     20:59 Bakıda hava niyə "yapışqan" və boğucu hiss olunur? - Meteoroloq səbəbini açıqladı  |     20:54 General-leytenant rütbəsi verilən Allahverən İsmayılov kimdir?  |    
Mojo.az Avto
Mojo.az Avto

“Qəbələ” azarkeşlərini düşündürən məsələyə klub rəsmilərindən CAVAB

26.04.2024 19:09 1 023
“Qəbələ” azarkeşlərini düşündürən məsələyə klub rəsmilərindən CAVAB
“Qəbələ” azarkeşlərini düşündürən məsələ ilə bağlı klub rəsmilərindən açıqlama verilib.

“Red Black Army” azad azarkeş qrupunun rəhbəri Cavad Şərifli və təsisçilərdən olan Nəriman Təbriz bu barədə Oxu.Az-a danışıblar.

Cavad Şərifli qeyd edib ki, “Qəbələ”nin hansı liqada mübarizə aparmasına baxmayaraq daima dəstəkləyəcək:

“Biz bu komandanı yalnız uğurları üçün sevməmişik ki, pis günündə gedək. Qorxduğumuz tərəf maliyyə məsələləridir”, - deyə o bildirib.

Nəriman Təbriz də “Qəbələ”ni daim dəstəkləyəcəyini bildirib:

“Aşağı liqaya düşməsini əlbəttə istəmərik. AFFA-nın idman prinsiplərini nəzərə alaraq liqada çıxış edən komanda sayının artırılması məsələsindən gələcək ümumi cavabı səbirsizliklə gözləyirik. May ayının 10-da veriləcək qərarın nə olacağını gözləyəcəyik. Klub rəsmilərinin bu məsələ ilə bağlı danışıqlar aparıb aparmadığını isə bilmirik. Komanda aşağı liqaya düşərsə, qarşılaşacağı problemlərdən biri maliyyə məsələsidir. Sponsorlar olmadan komandanı və akademiyanı saxlamaq çətin olacaq. “Qəbələ” klubunun aşağı liqaya düşməsi bölgə futbolu üçün fiasko ola bilər”, - deyə o qeyd edib.

“Qəbələ” futbol klubunun mətbuat katibi Asəf Zeynallı isə məsələ ilə bağlı açıqlamasında hazırda mövcud durumla bağlı qeyri-müəyyənliyin olduğunu bildirib:

“Cari çempionat davam edir. Sponsorlarla qüvvədə olan müqaviləmiz var”.

Asəf Zeynallı azarkeşlərin komanda sayının artımı ilə bağlı sualına isə cavab olaraq “liqada komanda sayının artırılmasına cavabdeh olan qurum var”, - deyə cavab verib.

Qeyd edək ki, “Qəbələ” klubu hazırda 17 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb. ”Kəpəz” isə 31 xalla doqquzuncu pillədə qərarlaşıb. Bu xal fərqi isə “Qəbələ” klubunun böyük ölçüdə liqanı tərk edəcəyini göstərir.скачать dle 11.3
Mojo.az Banner