Mojo.az Banner
23:01 Əsgərlikdən yeni qayıdan gəncin qanını tökdülər - Video  |     22:55 Qatarla Azərbaycana gələn və gedən əcnəbilərin sayı açıqlandı  |     22:47 ChatGPT-nin yazdığı mətnlərə görünməz işarələr əlavə edilir  |     22:39 Şəkər xəstəliyi ən çox bu yaşda və bu səbəblə yaranır - XƏBƏRDARLIQ  |     22:34 Qaradağda saxlanılan daha bir məmura HÖKM OXUNDU  |     22:26 "Formula 1" yaxından izləmək üçün hasardan tullandı - Həbs edildi  |     22:21 Ermənistanda saxlanılan azərbaycanlı hərbçi ilə bağlı Paşinyandan açıqlama  |     22:13 Naxçıvanda bu qurumun səlahiyyətləri ləğv edildi  |     22:08 Hər 5 aptekdən birində nöqsanlar tapıldı  |     22:02 Bu ölkə "Avroviziya"dan imtina etdi  |     21:54 Uşağı telefona yaxından baxan, gözlərini qıyan, başı ağrıyan valideynlərin nəzərinə  |     21:46 Qazaxda toyda başlayan mübahisə bıçaqlanma ilə nəticələndi - Video  |     21:41 Azərbaycanda un məhsulları bahalaşacaq? - Video  |     21:33 Rusiya XİN-dən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni açıqlama  |     21:28 Azərbaycanın millisindən böyükhesablı qələbə  |     21:20 Bu məktəbin direktoru vəfat etdi  |     21:15 Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi - Foto  |     21:06 Kənd yumurtası bahalaşdı  |     21:00 “İlliyinə 2200 ödədiyim universitetin şəraiti...” - VİDEO  |     20:53 Aygün Kazımova evindən video paylaşdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakının bəzi ərazilərində zibil qutuları yolda hərəkətə mane olur - VİDEO

15.05.2024 18:11 1 155
Bakının bəzi ərazilərində zibil qutuları yolda hərəkətə mane olur - VİDEO
Xətai rayonunun Məhəmməd Hadi və Nizami rayonunun Məmmədəli Şərifli küçələrində tullantı konteynerləri avtobus zolağında yerləşdirildiyi üçün sakinlərə çətinlik yaradır.

Onların sözlərinə görə, tullantını konteynerlərə atan zaman bir neçə dəfə avtomobil vurması təhlükəsi ilə qarşılaşıblar.

Məsələ ilə bağlı, nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev vurğulayıb ki, tullantı konteynerlərinin yolun hərəkət hissəsinə və səkilərə quraşdırılması qəzaların baş verməsinə səbəb ola bilər.

“İnzibati xətalar məcəlləsinin 352-ci maddəsinə əsasən, yolun hərəkət hissəsinə mane törədən fiziki şəxs 30-50, vəzifəli şəxs 150-200, hüquqi şəxslər isə 1500-2000 manata qədər cərimə oluna bilərlər”, - deyə Yasin Mustafayev qeyd edib.

Bakı şəhər mənzil kommunal təsərrüfat departamenti isə tullantı konteynerlərinin həmin ərazilərə illər əvvəl quraşdırıldığını, avtobus zolaqlarının və iaşə obyektlərinin isə bu ərazilərdə sonradan inşa edildiyini bildirib.

Bu səbəbdən də tullantı konteynerlərinin yerinin dəyişdirilməsinin mümkün olmadığını vurğulayıb.

Ətraflı Xəzər TV-nin videomaterialında:скачать dle 11.3
Mojo.az Banner