Mojo.az Banner
22:58 Məhərrəmlik başa çatdı - Toylar başladı  |     22:56 Bu bürclər iş təklifi alacaq  |     22:51 Avropada avtomobillərin emissiyası ölkədən-ölkəyə niyə dəyişir? – ARAŞDIRMA  |     22:42 Nardaranda BƏDBƏXT HADİSƏ: Uşağın ayağı su nasosunda qaldı  |     22:37 Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək  |     22:31 60 yaşdan sonra bu əlamətlərə diqqət yetirin: Nəfəs darlığı, ayaqlarda şişkinlik...  |     22:26 Azərbaycanda ictimai nəqliyyatın ümumi vahid kartı yaradılır? (RƏSMİ)  |     22:18 Sərxoş halda avtobus sürən azərbaycanlı Polşada həbs edildi  |     22:10 “iPhone 18”-in təqdimat tarixi dəyişir  |     22:02 İsti havalarda ehtiyatlı olun!  |     21:57 Tramp administrasiyası 400 milyon dollarlıq Ağ Ev layihəsi üçün Ali Məhkəməyə üz tutdu  |     21:47 FHN Azərbaycanda baş verən zəlzələ ilə bağlı MƏLUMAT YAYDI  |     21:40 Peşə təhsili müəssisələrinə qəbulun cavabları açıqlandı  |     21:35 Qubada zəlzələ oldu  |     21:26 Azərbaycanda arvadının soyadını götürən kişilərin sayı açıqlandı  |     21:21 Daha bir qatar relsdən çıxdı - Son sutkada ikinci hadisə  |     21:15 Premyer Liqada yeni mövsümün ilk qolu vuruldu  |     21:09 “Az qaldı uşağımı sel apara, niyə kömək etmirlər?” - Video  |     20:59 Bakıda 34 yaşlı kişi küçədə öldü  |     20:54 Bakıda axund cərimələndi - Səbəb  |    
Left Banner
Right Banner

Azərbaycanda yeni mərkəz yaradılır - FƏRMAN

15.05.2024 18:02 2 640
Azərbaycanda yeni mərkəz yaradılır - FƏRMAN
Prezident İlham Əliyev Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında Fərman imzalayıb.

Bununla bağlı President.az məlumat yayıb.

Fərmanla Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində “Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi” publik hüquqi şəxs yaradılır.

Müəyyən edilir ki, Mərkəz “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tibb müəssisələrinin akkreditasiyası, tibbi xidmətlərin keyfiyyətinin və əlçatanlığının yüksəldilməsi üzrə tədbirlər görülməsi, habelə tibb müəssisələrində daxili keyfiyyət təminatı sistemlərinin qurulması və inkişafı ilə bağlı dəstək xidmətləri göstərilməsi sahələrində fəaliyyət göstərən publik hüquqi şəxsdir.скачать dle 11.3
Mojo.az Banner