Mojo.az Banner
21:40 "Bitcoin" sürətlə bahalaşır - Yeni QİYMƏT  |     21:35 Çalışanların 98 faizindən çoxu bu sektordadır - RƏQƏMLƏR  |     21:28 Azərbaycanda ən çox bu xəstəliklərdən əziyyət çəkirlər - RƏSMİ STATİSTİKA  |     21:23 Bakının bu ərazisində zəhərli ilanlar peyda oldu  |     21:15 Bu əsgərlərə pis xəbər: bir neçə ay gec tərxis olunacaqlar – SƏBƏB  |     21:10 Toydan çıxarkən qonşusunu döydü - 2 il 3 ay azadlığı məhdudlaşdırıldı  |     21:02 Bu həftə ən şanslı olacaq BÜRCLƏR  |     20:57 Anasını yemək üstündə döydü - Məhkəmə qərar verdi  |     20:50 "Private Facility Management" və rəhbəri məhkəmə qarşısında - 3000 manatlıq cərimə  |     20:45 Bu qəzadan xəsarət almadan qurtuldular  |     20:39 Payızda oynaq ağrıları niyə artır? - Həkimdən vacib xəbərdarlıq  |     20:36 Bakıda 10 ildən çoxdur satılmayan malikanə: Qiyməti 3 milyon endirildi (FOTO)  |     20:31 Bakıda qəzalı evlərdə yaşam mübarizəsi: "Gəlirlər, ölçüb-biçib gedirlər" (VİDEO)  |     20:23 Evin rahatlığını pozan 10 məşhur dizayn səhvi  |     20:17 "Bakı Biznes Mərkəzi" Mədəniyyət Nazirliyinin tabeliyinə verildi  |     20:10 Afra Saraçoğlu aeroportda saxlanıldı  |     20:05 İcra başçısı müavinini işdən çıxardı  |     19:58 Bakıda iki bağça fəaliyyətə başladı  |     19:53 Bakı-Ağstafa-Bakıya əlavə qatar reysləri təyin edildi  |     19:43 Dövlət xətti ilə verilən ipoteka kreditlərin sayı 60 mini ötüb  |    
Mojo.az Avto
Mojo.az Avto

Slovakiyanın baş naziri: “Makron ölkəmizdə populyar siyasətçi sayılmır”

08.05.2024 12:54 1 578
Slovakiyanın baş naziri: “Makron ölkəmizdə populyar siyasətçi sayılmır”
“Böyük və güclü olan ölkələr çox vaxt ədalətli olmurlar. Amma ədalətli olmaq istəyəndə də böyük və güclü olmursunuz. Bu, beynəlxalq siyasətdə tez-tez görünür”.

Bu sözləri Slovakiya Respublikasının Baş naziri Robert Fitso AZƏRTAC-a və AzTV-yə müsahibəsi zamanı bildirib.

“Fransa ilə əlaqələrinizdəki bu gərginliyi görürəm. Sizin ölkənin - Azərbaycanın daxili işlərinə qarışmadığım kimi, Fransanın da daxili işlərinə qarışmıram. Yəni, bu, ölkələrin daxili işləridir. Amma Slovakiyanın da daxili işlərinə qarışılarsa, o zaman danışa bilərəm. Məsələn, cənab Makron ölkəmizdə populyar siyasətçi sayılmır və bu prinsipdir ki, mən niyə ondan danışım? Amma Fransa Prezidenti Avropa əsgərlərinin müharibədə iştirakı barədə fikirlərini açıq şəkildə söylədi və mən bunu dərhal, tamamilə rədd etdim. Çünki bu, üçüncü dünya müharibəsinin başlaması olardı. Qaldırdığınız məsələdə, bəlkə də, bir az səbir lazımdır. Avropa İttifaqında Azərbaycanla baş verənlərlə bağlı çox ölkənin obyektiv yanaşması lazımdır. Ukrayna ilə bağlı da dedim, ərazi bütövlüyü qorunmalıdır. Sizin də ərazi bütövlüyünüzün qorunması lazımdır. Bu, sizin torpaqlarınızdır. Əgər Avropa İttifaqında 3-4 ölkə eyni mövqedən çıxış etsəydi, gərginlik bəlkə də bu səviyyədə olmazdı. Onlar ərazicə balaca ölkənin özünə güvənərək hərəkət etməsini sevmirlər. Bu cür ölkə olmağınızla fəxr etməlisiniz”, - deyə baş nazir vurğulayıb.скачать dle 11.3
Mojo.az Banner