Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

SOCAR prezidenti Özbəkistana səfər edəcək

06.05.2024 19:59 1 419
SOCAR prezidenti Özbəkistana səfər edəcək
Bu il mayın 14-16-sı tarixlərində Daşkənddə illik 26-cı beynəlxalq neft və qaz sərgisi (OGU-2024) və Özbəkistanın Enerji Həftəsi keçiriləcək.

Bu barədə bu tədbirləri "Iteca Exhibition" beynəlxalq şirkəti ilə birgə təşkil edən "Özbəkneftqaz" şirkətindən bildirilib.

Sərgidə Azərbaycan, İran, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, ABŞ, Türkiyə, Fransa da daxil olmaqla 29 ölkədən 400-dən çox şirkət və brendin nümayəndələri iştirak edəcək. Eyni zamanda, Azərbaycan sərgidə Dövlət Neft Şirkəti (SOCAR) və “ENERJİ N” MMC-nin stendləri ilə təmsil olunacaq.

Özbəkistan Enerji Həftəsi qlobal enerji ictimaiyyətinə Özbəkistan və Mərkəzi Asiya regionunda enerji sənayesinin inkişafı üzrə cari planları müzakirə etmək imkanı verən ənənəvi və bərpa olunan enerji mənbələri sahəsində əsas oyunçuları bir araya gətirəcək.

Bu forumun plenar iclasında SOCAR-ın prezidenti Rövşən Nəcəf iştirak edəcək.

2023-cü ildə sərgidə 18 ölkədən 171 şirkət iştirak edib.

Son xəbərlər