Mojo.az — elanlar
Son Xəbərlər
23:01 Pensiyası kəsilənlərin nəzərinə  |     22:56 Bu 4 bürcün kişiləri sevdisə vaz keçmir - ADLAR  |     22:44 Ən populyar adlar dəyişdi: Yusifi Uğur, Zəhranı Melisa əvəzlədi (SİYAHI)  |     22:39 Nişanlı məhkumun cəzasının qalan hissəsi bağışlandı - Toyu olacaq  |     22:34 Depressiyaya düşüb cinayət törətdi - Bakıda gözəllik salonundakı oğurluğun detalları  |     22:27 10 manata satılan kərə yağları: Sağlamlıq üçün nə qədər təhlükəlidir?  |     22:20 Erkən nikah bəlası: Psixoloji travmalar, məcburi qərarlar və çıxış yolları  |     22:15 "Dubayda tutulmuşam" deyib əlavə pul aldı - Məhkəmədən amnistiya qərarı  |     22:08 Qonşusunu boğazından sıxan 67 yaşlı kişi cərimə edildi  |     22:02 Azərbaycanlıların bu il ən çox getdiyi ölkələr açıqlandı  |     21:55 Xolesterini azaldan qidalar: Kardioloq payızın ən faydalı tərəvəzini açıqladı  |     21:50 Qızılın qiyməti oktyabrın 14-dən bəri ən aşağı səviyyədədir  |     21:42 Bu serialın heyətində dəyişiklik ediləcək  |     21:37 Autizmli uşağı döyən müəllim üzr istədi - VİDEO  |     21:30 DSMF pensiyaların bərpası və yenidən təyini qaydalarını açıqıadı  |     21:24 8 ayda aldadılan istehlakçıların sayı açıqlandı  |     21:15 Motosiklet qaçıran, skuter və velosiped oğurlayan beş nəfər saxlanıldı  |     21:09 Türkiyə-Ermənistan sərhədi açılır?  |     21:00 "Konstitusiya məsələsi Azərbaycanla müzakirə olunmur" - Baş nazir  |     20:47 Azərbaycanda keçiriləcək U-20 dünya çempionatının tarixləri açıqlandı - Rəsmi  |    
Mojo.az Avto
Mojo.az Avto

Məmurun təzyiqinin qalxmasına səbəb olan şəxs həbs edildi

03.05.2024 21:39 999
Məmurun təzyiqinin qalxmasına səbəb olan şəxs həbs edildi
Gədəbəy rayonu, Maarif kəndində Dövlət Əmlak Xidmətinin vəzifəli şəxsinin təzyiqinin qalxmasına səbəb olan şəxs həbs edilib.

Qaynarinfo-nun məlumatına görə, DƏX-nin regional idarəsinin vəzifəli şəxsi, mütəxəssis İlqar Məmmədov Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin sorğusuna əsasən icra işi ilə əlaqədar ölçmə işlərinin aparılması üçün Şəmkir rayonundan Maarif kəndinə gedib.

Ölçmə işləri aparmaq istəyən zaman 1980-ci il təvəllüdlü kənd sakini, özünü mübahisəli ərazinin sahibi kimi təqdim edən şəxs Zamin Ədilov (ad-soyad şərti) İlqar Məmmədovla mübahisə etməyə başlayıb, onu nalayiq söyüşlərlə söyüb, şərəf və ləyəqətini alçaldıb. Əsəbiləşən İlqar Məmmədovun təzyiqi qalxıb və təcili tibbi yardım göstərilməsi zərurəti yaranıb.

Onun şikayəti əsasında həmin şəxs saxlanılıb, barəsində İnzibati Xətlar Məcəlləsinin 510-cu maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib.

Məhkəmədə məmur saxlanılan şəxsdən şikayətçi olduğunu, onun barəsində həbslə əlaqədar olan inzibati tənbeh verilməsini xahiş edib.

Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs 10 gün müddətində həbs edilib.

Son xəbərlər