Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
20:50 Ramiz Mehdiyevə hökm oxundu: 14 il  |     20:39 Azər Qasımovun qardaşının məhkəməsində 200 minlik dələduzluğun detalları AÇIQLANDI  |     20:35 Deputat iranlı naziri tənqid etdi: “Əvvəl öz ölkəsindəki problemləri həll etsin”  |     20:14 Nihat Məmmədli dünya çempionatında gümüş medal qazandı  |     19:55 Sükan arxasında telefondan istifadə edənlər kamera vasitəsilə cərimələnəcəklər  |     19:44 Metro stansiyalarında ürək aparatları quraşdırılacaq  |     19:44 Bakıda kişi paltaryuyan maşına görə arvadını döydü  |     19:36 "Sumqayıt"ın doğma meydanına qayıdacağı tarix açıqlandı  |     19:30 Hava dəyişir: Yağış, qar və sel xəbərdarlığı  |     19:13 Beş milyonluq obyektin söküntüsü ilə bağlı iş məhkəmədə  |     19:04 Pakistan rəsmisi: "Azərbaycanın Kəşmir məsələsində dəstəyini yüksək qiymətləndiririk"  |     18:55 Azərbaycana qarşı çıxışlar edən Fatih Erşahin polisə çağırılıb  |     18:51 Arzu Əliyeva "Cənnətin ariyası" adlı tədbirdən paylaşım edib - Foto  |     18:41 İlham Əliyev, Mehriban Əliyeva və ailə üzvləri "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə tanış olublar - Foto  |     18:37 Prezidentin sosial şəbəkə hesablarında Bakıdakı beynəlxalq forumla bağlı videoçarx paylaşılıb (Video)  |     18:32 İmişlidə söyüşə görə həmyerlisini güllələyərək öldürən şəxsə hökm oxundu  |     18:28 "Toyota" 200 mindən çox avtomobilini geri çağırır - Səbəb  |     18:16 Model sevgilisini döyən Ziya Hüseynzadəyə hökm oxundu  |     18:07 İlham Əliyev ICESCO-nun baş direktorunu qəbul edib - Foto  |     17:53 Leyla Əliyeva Məhəmməd Əbdülsalamla görüşüb - Foto (Yenilənib)  |    
Mojo.az Avto
Mojo.az Avto

Yeni qərar qiymət artımına təsir edəcək?

02.05.2024 21:50 1 050
Yeni qərar qiymət artımına təsir edəcək?
Dünən Mərkəzi Bank uçot dərəcəsini 7,5%-dən 7,25%-ə, faiz dəhlizinin yuxarı həddini 8,5%-dən 8,25%-ə endirib və faiz dəhlizinin aşağı həddini isə 6,25% səviyyəsində dəyişməz saxlayıb.

Iqtisadçı ekspert Eldəniz Əmirovun sözlərinə görə, Mərkəzi Bankın uçot dərəcəsini azaltması inflyasiya göstəricilərinə ciddi təsir etməyəcək:

"Çünki Mərkəzi Bankların pul siyasətinə dair verdiyi qərarların real iqtisadiyyata təsiri, o cümlədən inflyasiyaya təsiri müxtəlif transmissiya kanalları vasitəsi ilə baş verir. Azərbaycanda bu kanalların inflyasiyaya təsir edən seqmenti işləmədiyi üçün uçot dərəcəsinə dair qərarlar inflyasiyaya təsir etmir".

"Bir məsələni də qeyd edək ki, uçot dərəcəsinin azaldılması təkcə inflyasiyaya deyil, həm də banklararası bazara və qiymətli kağızlar bazarına təsir edir. Azərbaycanda məhz AMB-nın bu qərarı hər iki bazarın - banklararası və qiymətli kağızlar bazarının idarə edilməsində rol oynayır", - deyə ekspert açıqlamasında qeyd edib.

Son xəbərlər