Mojo.az Banner
23:04 Tramp Süni İntellekt Qüvvələrini yaratdı  |     22:52 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik etdi  |     20:52 Bakıda 2 nəfər dənizdə batdı  |     20:47 “Bitcoin”in qiyməti yenidən 81 min dolları ötüb  |     20:39 COVİD-19 geri qayıdır - Çox sayda yoluxan var  |     20:31 Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək  |     20:26 Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?  |     20:16 Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama  |     20:11 44 yaşlı Röyadan yeni - FOTOLAR  |     20:04 Pakistan Yəmən müharibəsinə cəlb oluna bilər  |     19:58 Saçları belə yığmaq təhlükəlidir – MÜTƏXƏSSİSLƏRDƏN XƏBƏRDARLIQ  |     19:50 “SMM kimi işə götürüldüm, amma xadimə, ofisiant kimi istifadə edirdilər” -VİDEO  |     19:45 Təzyiqi yüksəldən qidalar: Həkimdən XƏBƏRDARLIQ  |     19:36 Maykl Ceksonun anasına hədiyyəsi satışa çıxarıldı  |     19:29 "Qarabağ"ın 5 legioneri millidən dəvət aldı  |     19:23 Azərbaycanda 90 məktəblə bağlı qərar verildi  |     19:09 Yuxu zamanı yataq otağındakı işıq ürəyə necə təsir edir?  |     19:03 Nəriman Axunzdadə Azərbaycan U-21 millisinə çağırıldı  |     18:56 Ay necə yaranıb? - Yeni kosmik missiya milyard illik sirrə işıq sala bilər  |     18:51 Diploma gedən yol qısalır: Bakalavr 3, magistratura 1 il olacaq?  |    
Mojo.az Avto
Mojo.az Avto

Türk mədəniyyəti irsinin rəqəmsal platforması yaradıla bilər

02.05.2024 20:46 1 674
Türk mədəniyyəti irsinin rəqəmsal platforması yaradıla bilər
Türk mədəniyyəti irsinin rəqəmsal platforması yaradıla bilər.

Bunu Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova mayın 2-də Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ikinci günündə "Münaqişədən sonrakı dövrlərdə mədəniyyətin dirçəldilməsi və qorunması üçün davamlı sülhün təmin edilməsi" mövzusunda təşkil olunan doqquzuncu panel sessiyasında deyib.

Onun sözlərinə görə, postmünaqişə dövründə mədəniyyət abidələrinin dirçəldilməsi üçün lazımi infrastruktur olmalıdır:

"Hər bir xalqın özəyi onun mədəniyyətindən, tarixi dəyərlərindən ibarətdir. Mədəniyyət ziddiyyətli qruplar arasında fikir ayrılıqlarını aradan qaldırmaq üçün bir vasitədir. Mədəniyyətin qorunması üçün dayanıqlı sülhün təmin edilməsinə yönəlmiş "Mədəniyyət naminə sülh" təşəbbüsünü alqışlayıram. Ortaq türk mədəniyyətinin qorunması məsələsi çox vacibdir. Türk mədəniyyəti irsinin siyahısının hazırlanması, həmçinin rəqəmsal platformanın yaradılması istiqamətində addımlar atılacaq".

A.Raimkulova bildirib ki, sülh sadəcə müharibənin olmaması deyil, həqiqi sülh mədəniyyət və tarixə hörmət etməkdir:

"Biz çalışmalıyıq ki, mədəni irsimiz qorunub saxlanılsın və sabit sülh təmin edilsin. Dünya ictimaiyyətini beynəlxalq hüququn norma və prinsiplərinə hörmət etməyə çağırırıq".скачать dle 11.3
Mojo.az Banner