Mojo.az Banner
21:08 AZAL-ın Moskva reysləri təxirə salındı: Təyyarələrdən biri məcburi eniş etdi  |     21:05 "Bigo Live"da qadını və ailəsini təhqir etdi -15 gün həbs olundu  |     21:00 Kafe, dərzi sexi və mağazadan oğurluq edən şəxsə hökm oxundu  |     20:53 Ürək sağlamlığı üçün yaşıl çayı nə vaxt içmək daha yaxşıdır?  |     20:48 Sumqayıtda xəstəxanada müalicə alan 11 uşaq dərmandan zəhərləndi  |     20:40 Zaqatalada avtomobili dirəyə çırpılıb, xəsarət alan var  |     20:35 Xankəndidə yaşıllıqları qanunsuz kəsənlər cərimələndi  |     20:22 Azərbaycan Kubokunda son 23 mövsümün rekordu qeydə alındı  |     20:14 Paltarını yumadığı üçün arvadını baltaladı - Qadın şikayətçi olmadı  |     20:09 Şəhid atası vəfat etdi  |     20:02 Velosiped qəzalarında 9 nəfər ölüb  |     19:56 Şənbə günü yağış yağacaq, şimşək çaxacaq  |     19:51 İran uranın zənginləşdirilməsindən imtina etməyəcək  |     19:43 Dərsə getməyən şagirdlərin valideynlərinin nəzərinə: Cərimə oluna bilərsiniz (VİDEO)  |     19:37 Xaçmazda mağaza yandı - VİDEO  |     19:30 ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını açıqladı  |     19:24 14 mərtəbəli iki binanın damında qəribə tikili - VİDEO  |     19:15 Hakerlər kiberhücumlarda süni intellektdən istifadə edirlər  |     19:10 Rus turist Qəbələdə yaralandı - SƏBƏB (FOTO)  |     19:03 Aya insanlar göndəriləcək - Bezosdan açıqlama  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıdan ova gedənlər şikar tapmayıb inəyi vurdular - Kuryoz hadisə

30.04.2024 21:06 933
Bakıdan ova gedənlər şikar tapmayıb inəyi vurdular - Kuryoz hadisə
İnəyi ov tüfəngi ilə vuran şəxslərin məhkəmə prosesi başa çatıb.

Median.Az
qafqazinfo-ya istinadən xəbər verir ki, Xızı Rayon Məhkəməsində keçirilən prosesdə 1969-cu il təvəllüdlü Qubadlı sakini Rəvan Mirzəyev və 1976-cı il təvəllüdlü Füzuli sakini Qurban Namazova (ad-soyadlar şərtidir) hökm oxunub.

Hökmə əsasən, hər iki şəxsin azadlığı 1 il 6 ay müddətinə məhdudlaşdırılıb.

Onların cəza almasına səbəb olan qeyri-adi hadisə ötən ilin 2 sentyabr tarixində baş verib.

Belə ki, adıçəkilən şəxslər Bakıdan ov məqsədilə Xızıya yollanıblar. Lakin onlar meşədə ovlamaq üçün heyvan tapa bilməyiblər. Bundan sonra nahar etmək qərarına gəliblər və bu zaman onların gözünə meşədə otlayan inək sataşıb.

Nə qədər qəribə səslənsə də, Rəvanla Qurban 200 kq çəkisi olan inəyi ov tüfəngi ilə vurublar.

Onlar daha sonra bıçaqla heyvanı doğrayıb ətini avtomobilin arxa yük yerinə yığıblar. Bu zaman polis əməkdaşları onları saxlayıb, Xızı RPŞ-yə gətiriblər.

Ovçular inəyi vurmaq ideyasının haradan yarandığını özləri də bilmədiyini açıqlayıb.

Zərərçəkmiş şəxs, inəyin sahibi isə ona məxsus heyvanı fotosundan tanıyıb. Belə ki, o, polis şöbəsinə gedərək inəyinin itdiyi barədə məlumat verib. Şöbədə isə ona kəsilmiş heyvan şəklini göstərərək "bir inək vurublar, bax gör sənin inəyindir?" deyə soruşduqda, şəklə baxıb inəyin ona məxsus olmasını təsdiqləyib.

Bundan sonra kəsilmiş inəyin ətini ona veriblər. Hadisədən sonra təqsirləndirilən şəxslər zərərçəkmişə başqa bir inək alıb veriblər. O isə ona dəymiş ziyan ödənildiyindən təqsirləndirilən şəxslərə qarşı hər hansı bir şikayəti və tələbi olmadığını bildirib.скачать dle 11.3
Mojo.az Banner