Mojo.az Banner
19:56 Lənkəranda 11 otaqlı yaşayış evində yanğın  |     19:51 Azərbaycanlı tələbədən növbəti uğur  |     19:44 Sürüşmə səbəbindən bağlanan yol nə vaxt açılacaq? - VİDEO  |     19:38 Kondisionerdən istifadə edənlərə xəbərdarlıq  |     19:30 Bir nəfər dənizdə batma təhlükəsi ilə üzləşdi  |     19:25 "Yanlış idarəetmə Space TV-ni çətin vəziyyətə saldı"  |     19:17 Avqustda rekord istilə gözlənilir: Temperatur 42 dərəcəyədək yüksələcək  |     19:11 Bu tərəvəzləri birlikdə yemək təhlükəlidir - Qastroenteroloqdan açıqlama  |     19:04 Kolleclərə ixtisas seçimi avqustun 3-də başlayacaq  |     18:59 Azərbaycan vətəndaşları Gürcüstandan deport olundu  |     18:50 500 nəfər dondurlaraq həyata qayıtmağı gözləyir  |     18:45 Lerik rayonunda ev quşlarının kütləvi tələfatı qeydə alınıb  |     18:37 Xərçəng əlaməti ola biləcək 3 əsas SİMPTOM  |     18:31 Maaş və pensiya kartları ilə bağlı yenilik - Sentyabrdan etibarən...  |     18:22 Qaxda iki avtomobil toqquşdu - Ölən var  |     18:08 Bakı Qızlar Universiteti fəaliyyətini dayandırdı  |     17:55 Abşeronda ağır qəza - İki futbolçu öldü (Video)  |     17:47 67 yaşlı qadın alverçisi Kurta HÖKM OXUNDU  |     17:26 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq  |     17:19 Aliment borcunu ödəməyən ataya növbəti CƏZA VERİLDİ  |    
Left Banner
Right Banner

Britaniya diplomatı: ABŞ, Avropa Ermənistana dəstək baxımından diqqətli olmalıdırlar

23.04.2024 20:27 2 133
Britaniya diplomatı: ABŞ, Avropa Ermənistana dəstək baxımından diqqətli olmalıdırlar
Qərbin Ermənistanı sosial, iqtisadi sahədə dəstəkləməsi və Rusiyadan asılılığın azaldılması yaxşı haldır. Mən strateji baxımdan bu dəstəklə bağlı pessimist deyiləm.

APA xəbər verir ki, bunu aprelin 23-də ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edən Britaniyanın Azərbaycandakı sabiq səfiri Ceyms Şarp jurnalistlərə açıqlamasında deyib.

“Ancaq eyni zamanda Azərbaycan tərəfinin də narahatlığını anlayıram. Azərbaycan düşünə bilər ki, bu yaxınlaşmaya görə Ermənistan Azərbaycanla konstruktiv danışıqlara getməz. Bu səbəbdən də ABŞ, Avropa da Ermənistana dəstək baxımından diqqətli olmalıdırlar ki, bu dəstək hərbi sahəyə, hər hansı silahların təminatına deyil, ölkənin demokratiyasının güclənməsinə və Rusiyadan asılılğın azaldılmasına yönəlmiş olsun”, diplomat əlavə edib.скачать dle 11.3
Mojo.az Banner