Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Yerimə sürəti ömrün uzunluğundan xəbər verə bilər - Yeni araşdırma | 22:55 Hava limanında 20 min dollar tapan şəxslə bağlı qərar verildi | 22:50 Kirayə pulunu ödəmək üçün qapı oğurladı, 23 gün həbs edildi | 22:42 Payız yorğunluğundan xilas olmaq üçün 5 sadə məşq - Mütəxəssisdən tövsiyələr | 22:37 "Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi | 22:30 Xəbəri olmadan adına şirkət açıldı, 634 min manat vergi borcu yarandı (VİDEO) | 22:24 Üzü daha gənc göstərən saç kəsimləri | 22:15 Qazaxıstan və Ermənistan TRIPP-i müzakirə etdi | 22:10 Yaponiyada güclü zəlzələ oldu | 22:03 Bakıda istehlaka yararsız süd məhsulları aşkarlandı | 21:58 Sabah Bakıda yağış yağacaq | 21:50 "Arxa oturacaqda 7 yaşlı qıza əxlaqsızlıq edərkən gördüm ki..." - 67 yaşlı kişidən iyrənc hərəkət | 21:45 Maliyyə yoxlamaları nəticəsində 106,9 mln. manat vəsait bərpa edilib | 21:38 Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? - Hakimdən izah | 21:33 Ərdoğanın keçmiş müavini həbs edildi | 21:26 Ötən ay avtobusla 54 milyona yaxın sərnişin daşınıb | 21:21 Tikinti zamanı ayağı sınan fəhlə "Avrasiya" MTK-dan şikayətçidir - VİDEO | 21:13 Atasından pul oğurlayıb qumar oynayırmış - Məhkəmə bu qərarı verdi | 21:07 "Polis erməni dilində danışmağımı görüb..." - Azərbaycanlı bloger | 21:01 Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəlib |
Mojo.az Avto
Mojo.az Avto

Türkiyədən idxal olunan mallar ucuzlaşacaq? - AÇIQLAMA

22.04.2024 16:17 1 281
Türkiyədən idxal olunan mallar ucuzlaşacaq? - AÇIQLAMA
Azərbaycan və Türkiyə arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın ləğv edilməsinin mahiyyəti ondan ibarətdir ki, azərbaycanlı rezidentlər Türkiyədə fəaliyyət göstərirsə, Azərbaycanda və Türkiyədə vergiyə cəlb olunur.

Bu barədə Trend-in suallarını cavablayarkən iqtisadçı-ekspert Eldəniz Əmirov deyib.

O qeyd edib ki, azərbaycanlı rezident Türkiyədə vergiyə cəlb olunduğu zaman verginin məbləğinə dair Azərbaycana sənəd təqdim edir.

"Həmin sənəd əsasında eyni vergiyə Azərbaycanda cəlb edilmir. Ödənən verginin məbləği Azərbaycanda olan məbləğdən yuxarı olmamalıdır. Yəni bu qərarın "online" ticarətə hansısa bir formada ciddi təsirinin olacağını demək düzgün deyil", - deyə o əlavə edib.

E.Əmirov həmçinin, "online" ticarət vasitəsilə Türkiyədən alınacaq məhsullarda ucuzlaşma olacaq söyləntilərinə aydınlıq gətirib.

"“Trendyol” vasitəsilə ölkəmizə gətirilən mallarda ciddi ucuzlaşma olacağını düşünmürəm. Bunu gözləmək sadəlövhlük olar.

İkiqat vergitutma dövlətlərarası kapitala, texnologiyanın hərəkətinə bu və ya digər formada mənfi təsir göstərir. İkiqat vergitutmanın ləğvi bu maneələri aradan qaldırır. Bununla da investorların başqa dövlətdə investisiya etməsi üçün əlverişli mühit yaradır. Artıq Azərbaycan 57 ölkə ilə ikiqat vergitutmanı ləğv edib. Düşünürəm ki, qardaş ölkədə buna çox ehtiyac var idi", - deyə o bildirib.

Xatırladaq ki, Azərbaycanla Türkiyə arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutma ləğv edilir.

Son xəbərlər