Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:03 "Sədərək" və "Binə"nin yerində universitetlər tikiləcək? - Ekspertdən təklifə dəstək | 21:55 Milyonçu supermarketdən oğurluq edərkən tutulub | 21:50 Bu ölkə yeni avtomobil brendini təqdim edəcək | 21:42 Atası başına qazan çırpdı, oğul atasını döydü - Həbs edildi | 21:37 Təzyiqi dərmansız azaltmağa kömək edən sadə məşq - Kardioloqdan tövsiyə | 21:30 Alimlər ürəyin xərçəngə qarşı gizli müdafiə mexanizmini aşkar etdi | 21:27 SEPAH komandiri olan ruhani GÜLLƏLƏNDİ | 21:17 Sabiq vəzifəli şəxs vəfat etdi | 21:08 "Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır? | 21:02 Əfqanıstanda məktəbdə partlayış: 7 şagird öldü, 97 nəfər yaralandı | 20:59 Dekabrın sonu bu bürclərə düşərli olacaq | 20:40 Siyəzəndə üç azyaşlı kanala düşdü, ikisi xilas edildi | 20:31 Pensiyaların gözlənilən artım faizi açıqlandı – Minimum əməkhaqqı da yüksələcəkmi? | 20:25 DİN əməliyyat keçirdi: saxlanılanlar var | 20:24 Bakıda qəzalı bina təhlükə saçır: "Uşaqları bayıra çıxara bilmirik" | 19:47 Atası başına qazan çırpdı, oğul atasını döydü - Həbs edildi | 19:36 Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək? | 19:34 Bakıda toyda telefonları oğurlayan şəxs saxlanıldı | 19:28 Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq | 19:08 Azərbaycanda yaşlı insanların nikaha marağının artmasının səbəbləri |
Mojo.az Avto
Mojo.az Avto

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

19.04.2024 22:22 918
Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq
Hindistanın “InterGlobe” şirkəti ABŞ-nin “Archer Aviation” şirkəti ilə birgə 2026-cı ildə ölkədə ilk hava taksisini istifadəyə verməyi planlaşdırır.

“InterGlobe” Hindistanın ən böyük aviaşirkətlərindən biri olan “IndiGo”ya sahibdir və “Archer Aviation” hava taksilərinin inkişafında dünya liderlərindən biridir. Sonuncu Hindistan şirkətini “Midnight” modelinin 200-ə yaxın şaquli hərəkətli (eVTOL) elektrik avtomobili ilə təmin edəcək. Avtomobilin bir elektrik batareyası ilə 40 dəqiqəyə qədər dörd sərnişin daşıya bilir.

İlkin olaraq, Yeni Dehlinin simvolik dairəvi meydanı ilə Qurqaon arasında uçuşların həyata keçirilməsi planlaşdırılır. Səyahət vaxtı təqribən yeddi dəqiqə olacaq, adambaşına düşən xərc 2-3 min hind rupisi (24-36 dollar) təşkil edəcək.

Qeyd edək ki, oxşar marşrutda adi taksi ilə gediş tıxac olmadan təxminən 45 dəqiqə və 700 rupi (8,4 dollar) təşkil edir.

Mənbə: TASS

Son xəbərlər