Mojo.az Banner
19:29 Gömrük nəzarətindən gizlədilən külli miqdarda dərman vasitələri aşkar edilib  |     19:18 Sibiqa Mirzoyanı Ukraynaya səfərə dəvət edib  |     18:48 Zelenski: Kiyevə raket hücumu barədə xəbərdarlıq almadıq  |     18:38 Qanunsuz silahlı birləşmələrə qoşulmaqda ittiham olunanlara hökm oxundu  |     18:29 QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var  |     18:18 TikTok-da yeni funksiya  |     18:08 Evin qiymətini özbaşına artıran "makler"ləri hansı cəza gözləyir?  |     17:58 Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi  |     17:48 Şavkat Mirziyoyev sabah Azərbaycana gələcək  |     17:40 Tacikistanda zəlzələ oldu  |     17:32 Zakir Həsənov Kambocanın Baş naziri ilə görüşüb  |     17:18 Allahşükür Paşazadə: Vahid məktəbli forması məsələsində hicab qadağası yoxdur  |     17:04 Məktəbdə yanğın törətməyə cəhddə şübhəli bilinən 6 nəfər saxlanıldı - FOTO  |     16:59 65 mindən çox uşaq vaksinasiya olunub  |     16:52 Ermənistanda saxlanılan hərbçimizin heç kimə zərər vermək niyyəti olmayıb  |     16:48 AFFA "Neftçi"ni 5000 manat cərimələdi  |     16:41 Dünyada hər 7 nəfərdən birində psixi problem var  |     16:36 Dəhşətli qəzadan əvvəl dəfələrlə video paylaşıbmışlar  |     16:30 Cinayətdə şübhəli bilinən 40 nəfər saxlanıldı  |     16:17 Bakıda skuter və motosikletin iştirakı ilə baş verən qəzalar - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

“IndiGo” Dehlidən Bakıya icazəsiz uçuş həyata keçirib - araşdırma başlanılıb

01.02.2024 20:41 1 506
“IndiGo” Dehlidən Bakıya icazəsiz uçuş həyata keçirib - araşdırma başlanılıb
Hindistanın “IndiGo Airlines” şirkətinin pilotları yanvarın 28-də “6E 1803” saylı Dehli-Bakı reysini yerinə yetirən zaman “Hava Hərəkətinə Nəzarət”dən (ATC) uçuş icazəsi almayıb.

Median.Az
Hindistan mətbuatına istinadən xəbər verir ki, mövzu ilə bağlı qalmaqal yaranıb və həmin reysin hər iki pilotu hadisənin araşdırılması müddətində vəzifəsindən kənarlaşdırılıb.

Bildirilib ki, ATC Dehli-Bakı reysi yerinə yetirilən zaman gözləməklə bağlı göstəriş versə də, buna əməl edilməyib. Təyyarə uçuş vəziyyətinə gətirilib və icazəsiz yola düşüb.

Hindistanın Mülki Aviasiya Nazirliyinin tabeliyindəki Mülki Aviasiya Baş İdarəsindən (DGCA) bildirilib ki, müvafiq rəsmiləşdirmə olmadan uçuşların yerinə yetirilməsi əməliyyat intizamı və protokollara riayət edilməsi ilə bağlı ciddi narahatlıq yaradır. DGCA-nın məsələ ilə bağlı hərtərəfli araşdırmasının məqsədi prosedurlardakı mövcud səhvləri müəyyən etmək və gələcəkdə oxşar hadisələrin qarşısını almaq üçün müvafiq tədbirlər görməkdir.

ATC-nin vəzifəsi hava limanında hava hərəkətinə nəzarət etməkdir. Eyni zamanda ATC uçuş zamanı pilotlara lazımi təhlükəsizlik təlimatlarının verilməsi işini də yerinə yetirir. Uçuşdan əvvəl ATC rəsmiləşdirilməsi mütləqdir, çünki bu, hava limanında təyyarələrin təhlükəsiz qalxması və enməsi üçün lazımdır.

Qeyd edək ki, “IndiGo Airlines" şirkəti Dehli-Bakı-Dehli istiqamətində ilk dəfə ötən ilin avqustun 11-dən birbaşa uçuşlara başlayıb.

Hindistan vətəndaşlarına Azərbaycana səyahət üçün sadələşdirilmiş "e-visa" sistemi tətbiq olunur.
//reportскачать dle 11.3
Mojo.az Banner