Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Ermənistanda 13 yaşlı qız zorlanıb

18.04.2024 21:02 1 041
Ermənistanda 13 yaşlı qız zorlanıb
Ermənistan Vardenis rayonunda 13 yaşlı qıza qarşı cinsi təcavüz edilib.

“Aysor.am”ın məlumatına görə, Zod qəsəbəsinin sakini olan qız taksi ilə Vardenis Musiqi Məktəbinə gedirmiş. Taksi sürücüsü və yanında olan başqa bir kişi qıza təcavüz edib.

"Hazırda qızın vəziyyəti çox ağırdır, həkimlər onun həyatı üçün mübarizə aparır", - mənbə bildirib.

Zod icmasının rəhbəri Sevak Xaçatryan xəbəri təsdiqləsə də, digər təfərrüatları açıqlamayıb.

Polis cinayəti törətməkdə şübhəli bilinən şəxsləri saxlayıb. Onlar törətdikləri cinayəti etiraf ediblər.

Son xəbərlər