Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:55 Günəşdə XXI əsrin rekordu təkrarlandı | 22:46 Orbanın qardaşı saxlanıldı | 22:35 Gəncədə motosiklet avtobusla toqquşub: Xəsarət alan var | 22:26 Lənkəranda tanınmış güləş məşqçisi vəfat etdi | 22:12 Qaxda kişi fındıq yığmağa kömək etməyən arvadını döydü, cinayət işi açıldı | 22:01 Ərdoğan: "İlham Əliyev qardaşımın liderliyi altında Qarabağda yenidənqurma səfərbərliyi həyata keçirilir" | 21:52 Pau Kubarsi "Qızıl oğlan" mükafatının qalibi oldu | 21:42 Noyabr böyük dəyişikliklər ayı olacaq: Bu bürclər üçün keçmiş geridə qalacaq | 21:35 Azərbaycan Türkiyəyə başsağlığı verdi | 21:22 Tramp səhvlərini etiraf etdi | 21:05 ChatGPT istifadəçinin psixoloji profilini yaradır: Alimlərdən yeni tapıntı | 20:59 Şəmkirdə keçmiş vəzifəli şəxs vəfat etdi | 20:50 Qələbə xəbərini xəstəxanada eşidən qazi: "Raket məni Şuşa qalasına çırpdı" - Video | 20:32 Tramp ondan İranla danışıqlarda vasitəçilik etməsini istəyib | 20:27 Rəsmi Bakı Türkiyəyə başsağlığı verdi | 20:04 Bakıda Azərbaycan və Qana arasında qarşılıqlı investisiya imkanları müzakirə olunacaq | 19:55 "Təbii Qələbə Tağı" - Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi - VİDEO | 19:31 Cəlilabadda fərdi yaşayış evi yandı (VİDEO) | 19:27 Azərbaycanın U-17 millisinin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlanıb | 19:22 ABŞ-nin vitse-prezidenti gələn həftə İran rəsmisi ilə görüşəcək |
Mojo.az Avto
Mojo.az Avto

Bakıda Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyətlər sakinlərin istifadəsinə verilib

16.04.2024 20:18 2 430
Bakıda Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyətlər sakinlərin istifadəsinə verilib
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Heydər Əliyev Fondunun vitse-prezidenti, “IDEA” İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Bakı şəhəri Xətai rayon Rahib Məmmədov küçəsi 4. 4a. 15q. və Cavanşir küçəsi 7 və 9 saylı ünvanlarında 2200-dən çox sakinin yaşadığı çoxmərtəbəli binaları əhatə edən həyətlər abadlaşdırılaraq sakinlərin istifadəsinə verilib.

Aprelin 16-da baş tutan açılış mərasimində iştirak edən Leyla Əliyeva tədbir çərçivəsində keçirilən kütləvi ağacəkmə aksiyasında iştirak edib, həyətin azyaşlı sakinlərinə hədiyyələr təqdim edib.

Qeyd edək ki, “Bizim həyət” layihəsinin əsas məqsədi paytaxt ərazisində həyətlərin ekoloji cəhətdən təmiz və abad olması, yaşıllıqların bərpası, mənalı istirahət mühitinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır. Abadlaşdırılan həyətlərdə sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti nəzərə alınıb, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması, gənclərin asudə vaxtlarının səmərəli təşkili və onlarda idmana marağın artırılması məqsədilə ərazidə süni örtüklü futbol stadionu, şahmat meydançası, müxtəlif idman qurğuları, uşaqlar üçün oyun meydançaları salınıb. Eyni zamanda, həyətyanı sahələrdə beş söhbətgah, çoxsaylı oturacaqlar, quş yuvaları və pişik evləri quraşdırılıb. Bundan əlavə, həyətlərdə yeni işıqlandırma dirəkləri, müşahidə kameraları quraşdırılıb, binaların fasad və blokları tam təmir olunub, asfalt və dam örtüyü, elektrik xətləri yenilənib.

Həyətlərin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, müxtəlif növ 1680 ağac, 19 min 256 kol bitkisi əkilib, 8549 kvadratmetr ərazidə yaşıllıq zolağı salınıb. Bununla yanaşı, həyətin ətrafında sıx bitən və havanın çirklənməsinin qarşısını almaq məqsədilə adi daşsarmaşığı və digər sarmaşan bitkilər əkilərək “yaşıl sədlər” yaradılıb.

Məlumat üçün bildirək ki, “IDEA” İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə 2017-ci ildən etibarən icra olunan “Bizim həyət” layihəsi çərçivəsində bu günədək 152 ümumi yaşayış sahəsi abadlaşdırılaraq sakinlərin istifadəsinə verilib.

Xüsusi olaraq qeyd edək ki, “IDEA” İctimai Birliyi həyətlərin abadlaşdırılması və yenidənqurma işlərinin aparılması istiqamətində sakinlərin təklif və müraciətlərini İctimai Birliyə təqdim etməyə çağırır. Müraciətlərinizi “IDEA” İctimai Birliyinin qaynar xətti “1113” və ya e-mail ünvanına (info@ideacampaign.org) göndərməyiniz xahiş olunur.

Son xəbərlər