Mojo.az Banner
23:01 Əsgərlikdən yeni qayıdan gəncin qanını tökdülər - Video  |     22:55 Qatarla Azərbaycana gələn və gedən əcnəbilərin sayı açıqlandı  |     22:47 ChatGPT-nin yazdığı mətnlərə görünməz işarələr əlavə edilir  |     22:39 Şəkər xəstəliyi ən çox bu yaşda və bu səbəblə yaranır - XƏBƏRDARLIQ  |     22:34 Qaradağda saxlanılan daha bir məmura HÖKM OXUNDU  |     22:26 "Formula 1" yaxından izləmək üçün hasardan tullandı - Həbs edildi  |     22:21 Ermənistanda saxlanılan azərbaycanlı hərbçi ilə bağlı Paşinyandan açıqlama  |     22:13 Naxçıvanda bu qurumun səlahiyyətləri ləğv edildi  |     22:08 Hər 5 aptekdən birində nöqsanlar tapıldı  |     22:02 Bu ölkə "Avroviziya"dan imtina etdi  |     21:54 Uşağı telefona yaxından baxan, gözlərini qıyan, başı ağrıyan valideynlərin nəzərinə  |     21:46 Qazaxda toyda başlayan mübahisə bıçaqlanma ilə nəticələndi - Video  |     21:41 Azərbaycanda un məhsulları bahalaşacaq? - Video  |     21:33 Rusiya XİN-dən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni açıqlama  |     21:28 Azərbaycanın millisindən böyükhesablı qələbə  |     21:20 Bu məktəbin direktoru vəfat etdi  |     21:15 Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi - Foto  |     21:06 Kənd yumurtası bahalaşdı  |     21:00 “İlliyinə 2200 ödədiyim universitetin şəraiti...” - VİDEO  |     20:53 Aygün Kazımova evindən video paylaşdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Pakistanda silahlıların hücumu nəticəsində 11 nəfər ölüb

13.04.2024 16:54 1 386
Pakistanda silahlıların hücumu nəticəsində 11 nəfər ölüb
Pakistanın cənub-qərbindəki Bəlucistanda silahlıların hücumu nəticəsində 11 nəfər həlak olub.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, ondan çox yaraqlı cümə günü axşam saatlarında Nuşka şəhərindən bir km aralıda milli avtomobil yolunu bağlayıb. Nuşka komissarının müavini Həbibullah Musahel bildirib ki, silahlı qüvvələr maşınları yoxlamağa başlayıb, dayanmayanlara atəş açıb. Atılan mərmilər nəticəsində avtomobillərdən biri aşıb. İki nəfər ölüb.

Yaraqlılar işçiləri daşıyan sərnişin avtobusunu da saxlayıb, doqquz nəfəri qaçıraraq onlarla birlikdə yaxınlıqdakı təpələrin arxasında gizləniblər. Daha sonra səlahiyyətlilər doqquz nəfərin hamısının cəsədinin yaxınlıqdakı körpünün altından tapıldığını bildiriblər. Onlar güllələnib.

Polis silahlı Bəluc separatçı təşkilatının üzvlərinin hücuma görə məsuliyyət daşıya biləcəyini bildirib. Təhlükəsizlik qüvvələri şübhəlilərin tutulması üçün bölgədə axtarış əməliyyatına başlayıb.

Mənbə: TASSскачать dle 11.3
Mojo.az Banner