Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

KİV: “Paşinyan Brüsseldəki görüşün təfərrüatını tərəfdaşları ilə bölüşmür”

13.04.2024 14:46 1 395
KİV: “Paşinyan Brüsseldəki görüşün təfərrüatını tərəfdaşları ilə bölüşmür”
Ermənistanın baş naziri Nikol Paşinyanın Brüsseldəki görüşdən sonra “susması” və yayınma davranışı ölkənin hakim partiyasını narahat edib. “Tarixi” görüşdən bir həftə keçsə də, Paşinyan Ermənistandan kənarda keçirilən görüşlərdən sonra adəti üzrə onlarla görüşməyib, görüşün ictimai olmayan tərəflərini təqdim etməyib, qiymət verməyib.

Bu barədə Ermənistanın “Hraparak” nəşri yazır.

“Üstəlik, bu yaxınlarda o, səhərdən axşama kimi parlamentdə olub, beşillik plan çərçivəsində hökumətin ötənilki fəaliyyətinin müzakirəsində iştirak edib.

Hakim komandanın üzvləri səbirsizliklə baş nazirin öz tərəfdaşlarını məlumatlandırmasını gözləyirdilər, çünki çərşənbə günü günortadan sonra artıq parlament müxalifətinin hökumətin parlamentdəki iclasında iştirak etməyəcəyi məlum idi və Paşinyan komandasına iclası tez yekunlaşdırmağı tapşıra və bağlı iclas keçirə bilərdi. Lakin o, bunu etməyib, hakim komandanın şübhələrini dərinləşdirib”, - nəşr yazır.скачать dle 11.3
Mojo.az Banner