Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Lerik və Yardımlı arasında nəqliyyatın hərəkəti bərpa olunub - YENİLƏNİB + FOTO/VİDEO

12.04.2024 22:02 1 014
Lerik və Yardımlı arasında nəqliyyatın hərəkəti bərpa olunub - YENİLƏNİB + FOTO/VİDEO
Lerikdə sel suları nəticəsində dağılan suötürücü borular düzəldilib, Yardımlı rayon istiqamətində hərəkət bərpa olunub.

Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini, Fövqəladə Hallar komissiyalarının sədri Habil Məlikov APA-ya bildirib ki, gün ərzində əraziyə Lerik və Yardımlı rayonlarının yol istismar idarələrinin ağır texnikaları və canlı qüvvələri cəlb olunub və yolun bərpası istiqamətində zəruri tədbirlər görülüb.

Xatırladaq ki, Lerik rayon ərazisinə yağan aramsız yağışlar nəticəsində aprelin 11-də gecə saatlarında Təkdam-Alar hərbi avtomobil yolunun Lerik rayonunun Ağqışlaq kəndi ərazisindən keçən hissəsində, yolun tikintisini həyata keçirən podratçı təşkilat tərəfindən “Şərətük” çayı üzərində körpü əvəzi qoyulmuş (körpünün tikintisi yarımçıq saxlanılmışdır) iri diametrli beton boruların bir hissəsini sel suları aparıb.

Nəticədə yol həmin hissədə keçilməz vəziyyətə düşüb. Eyni zamanda Ağqışlaq kəndinin daxilində kənd sakinləri tərəfindən körpü əvəzi qoyulmuş boruların da bir hissəsini sel aparıb.

Qeyd edək ki, bu yoldan Lerik rayonunun 30-a yaxın kəndin sakinləri istifadə edir, Yardımlı - Masallı rayonlarına gedib-gəlirlər.


Son xəbərlər