Mojo.az Banner
23:02 Restoranlarda gizli "tələ": Müştərilərdən artıq pul necə alınır? - Video  |     22:57 Bakıda yeni “moll” tikiləcək  |     22:48 Həcc ziyarətinə getmək istəyənlərin nəzərinə  |     22:43 Kanye Uestin Türkiyə konserti “Spotify”dan çıxarıldı  |     22:37 Çəpiş əti neçəyə satılır və tələbat varmı? (Video)  |     22:30 Daşınmaz əmlakın sığortası: Vətəndaş niyə maraqlı deyil?  |     22:24 Tağıyev qəsəbəsində dəm qazından zəhərlənən uşaqlardan biri Bakıya təxliyə olundu  |     22:19 Ötən gün 40 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |     22:13 Kosmosda qonşu rəqabəti: Mask və Bezos orbitdə üz-üzə gəlir  |     22:00 Yardımlıya dolu düşüb, bu ərazilərə qar yağır  |     22:00 Bakı-Xırdalan-Sumqayıt qatarlarının hərəkətinə mane olan təmir işləri nə vaxt yekunlaşır? (VİDEO)  |     21:54 Müəllimlərin əməkhaqları yenidən arta bilər - Yeni təklif (Video)  |     21:49 Dünyada ərzaq ucuzlaşır, Azərbaycanda isə bahalaşır: Səbəbi nədir?  |     21:41 Azərbaycanın olimpiada tarixində ilkə imza atmışdı – MIT-ə qəbul oldu  |     21:36 Xalq artistləri işdən çıxarılıb: Opera və Balet Teatrında nə baş verir?  |     21:28 "Qarabağ"ın rəqibinə 4 cavabsız qol vuruldu  |     21:20 Dağıstanda təhlükəli virusla bağlı təcili peyvəndləmə başladı  |     21:15 İsrail Müdafiə Nazirliyinin yaxınlığında kasetli sursat partlayıb  |     21:09 Sumqayıt xəstəxanasında insident: Vətəndaşlarla işçilər arasında əlbəyaxa dava olub?  |     21:01 "Bu rejim gec-tez süqut edəcək" - İsrail XİN  |    
Left Banner
Right Banner

Qanı pulla satmaq olar?

09.04.2024 16:45 1 155
Qanı pulla satmaq olar?
Qan verməyin qarşı tərəfin həyatını qurtarmaqla bərabər, donorun sağlamlığı üçün də müsbət əhəmiyyəti var. Ancaq məsələ təkcə qan verən şəxsin sağlamlığı ilə məhdudlaşmır.

“Qafqazinfo”nun məlumatına görə, donorların müəyyən hüquqları mövcuddur və ölkə qanunvericiliyi ilə qorunur.

Bəs bu hüquqlar nədən ibarətdir?

“Qanın, qan komponentlərinin donorluğu və qan xidməti haqqında” Qanuna görə, donorlar tibbi müayinədən keçdikləri, qan verdikləri gün işə cəlb olunmurlar. Buna baxmayaraq, özəl və ya dövlət müəssisəsində çalışmalarından asılı olmayaraq onlara həmin gün üzrə də əməkhaqqı ödənilməlidir. Həmçinin qan vermiş tələbələr qan verdikləri gün məşğələlərdən, hərbi qulluqçular isə hərbi xidmətin bütün növlərindən azad olunmalıdırlar.

Qan verən zaman donorlar, həmçinin qan xidməti müəssisələrində (qan banklarında) pulsuz yeməklə təmin edilməlidirlər.

Ən əsası isə hər dəfə qanı pulsuz (əvəzsiz) verən işləyən şəxslərə əlavə istirahət günü verilməlidir. Həmin istirahət günü donorun arzusu ilə onun illik məzuniyyətinə əlavə edilə və ya il ərzində istənilən vaxtda istifadə edilə bilər. Bu müddəa Əmək Məcəlləsində də öz əksini tapıb.

Bundan başqa, qan verilməsi ilə bağlı sağlamlığının pozulması nəticəsində şəxsə dəymiş zərərin əvəzini, o cümlədən müalicə, tibbi-sosial ekspertiza, sosial-əmək reabilitasiya xərclərini qanunla müəyyən edilmiş qaydada almaq hüququ var.

Eyni zamanda, qan verilməsi ilə əlaqədar olaraq əmək qabiliyyətini müvəqqəti itirdikdə isə işləyən şəxsə müavinət iş stajından asılı olmayaraq orta əməkhaqqının məbləği əsasında hesablanır. Şəxsin qan verməyi ilə əlaqədar əlilliyi müəyyən edildikdə, onun əlilliyi istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əmələ gələn əlilliklə bərabər tutulur.

Qanunvericiliyə görə, qanın, qan komponentlərinin donorluğu pulsuzdur. Lakin pullu donorluq zamanı şəxsin verdiyi qan və qan komponentləri üçün haqq almaq hüququ var. Belə ki, müstəsna hallarda qanın, qan komponentlərinin donorluğu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qayda və şərtlərlə pullu olması mümkündür.

Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq olunmuş “Qanın, qan komponentlərinin pullu donorluğunun qaydası və şərtləri”nə görə, qana, qan komponentlərinə olan tələbatı tam ödəmək mümkün olmadığı hallarda (donor qanına təcili və təxirəsalınmaz ehtiyac yarandıqda) pullu donorlardan istifadə edilə bilər. Donor qanına təcili və təxirəsalınmaz ehtiyac yaranarsa, verilən qana görə haqq alan donorlar qan bankına donorların çağırışı üzrə məsul işçi tərəfindən dəvət olunur və müvafiq qaydada qan verirlər.

Qan banklarında qeydiyyatda olan, mütəmadi qan verən donorlar ərizə ilə müəssisə rəhbərliyinə müraciət edərək rəhbərliyin razılığı ilə pullu donor kimi qəbul edilirlər. Pullu donorlara Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş qiymətlər əsasında, verdikləri qanın həcminə uyğun olaraq müvafiq haqq ödənilir. Haqq müəyyən olunmuş qaydada müəssisənin xərclər smetasında bu məqsəd üçün nəzərdə tutulmuş vəsait hesabına verilir.

Qanunla qanın, qan komponentlərinin gəlir əldə etmək məqsədilə başqa dövlətlərə satılması isə qadağandır.скачать dle 11.3
Mojo.az Banner