Mojo.az Banner
23:01 Alqoritmi özünüz idarə edəcəksiniz - İnstaqramdan yenilik  |     22:54 Məktəb qarşısında təhlükə yaradan sürücü cəzalandırıldı - Video  |     22:48 Bu ölkədə nəm salfetlərin satışı qadağan ediləcək: Səbəb nədir?  |     22:42 TƏBİB-ə işə düzəltmə adı ilə dələduzluq  |     22:41 İcra Hakimiyyəti şəhid anasının probleminə biganə yanaşır - ŞİKAYƏT  |     22:35 Turistlər Azərbaycana ən çox nə üçün gəlir?  |     22:24 Azərbaycanın tənhaları - Sayı açıqlandı  |     22:15 WhatsApp istifadəçilərə telefon nömrəsi əvəzinə istifadəçi adı ilə əlaqə yaratmaq imkanı verəcək  |     22:09 Belarus və Azərbaycan strateji tərəfdaşlığı möhkəmləndirməyə davam edir  |     22:01 Ali Məhkəmə Trampın fərmanını rədd etdi  |     21:55 Ən çox saxtalaşdırılan məhsullar hansılardır? - SİYAHI  |     21:50 Azərbaycana gətirilən uşaq qidasının tərkibində toksinlər aşkar edilib - Tonlarla məhsul geri qaytarılıb  |     21:43 Azərbaycanda hormonlu broyler toyuqları yetişdirilir? - AQTA sədri AÇIQLADI  |     21:37 Sabah bəzi ərazilərdə qaz kəsiləcək  |     21:29 Türkmənistan Azərbaycanın hədiyyəsini təmtəraqla qarşıladı - Video  |     21:24 30 il əvvəl törədilən qətllə bağlı cinayət işi məhkəməyə göndərilib  |     21:15 Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib  |     21:10 Azərbaycan şahmatçılarının mövqeyi bəlli oldu  |     21:03 Yasamalda vətəndaşın evinin qanunsuz sökülməsi iddialarına cavab  |     20:56 Futbol üzrə I və II Liqalarda yeni mövsümün start tarixləri müəyyənləşdi  |    
Left Banner
Right Banner

Əhmədin bacısının ərdə olduğu ailə ilə bağlı ŞOK iddia: Qayınatası banda yaradıb... - FOTO

09.04.2024 13:14 3 363
Əhmədin bacısının ərdə olduğu ailə ilə bağlı ŞOK iddia: Qayınatası banda yaradıb... - FOTO
Bütün ailəsini qəddarlıqla qətlə yetirməkdə təqsirləndirilən Əhməd Əhmədovun bacısı - Elmira Əhmədovanın vaxtilə gəlin olduğu ailə ilə bağlı məlumatlar yayılıb.

Publika.az xəbər verir ki, Elmira Əhmədova Tofiq Niftəliyev adlı şəxsin oğlu ilə ailə həyatı qurub.

Polkovnik Tofiq Niftəliyev Rusiyanın Blaqoveşensk şəhərində nəqliyyat polisinin rəisi işləyib.

O, vaxtilə korrupsiyada ittiham edilərək həbs olunub. İddialara görə, T.Niftəliyev polis əməkdaşları üçün nəzərdə tutulan vəsaiti mənimsəyib.

T.Niftəliyev 2014-cü ilin oktyabrında korrupsiyada və qanunsuz döyüş sursatı saxlamaqda ittiham olunaraq məhkəmə qarşısına çıxarılıb. Qanunsuz silahlar 2011-ci ilin yayında axtarış zamanı şübhəlinin mənzilində tapılıb.

23 cildlik cinayət işində ümumilikdə 10 cinayət epizodu olub. Müttəhimlər kürsüsündə isə şübhəli dəstə lideri və onun üç ortağı oturub.

Cinayət işi üzrə beş mayor və üç polis polkovnik-leytenantı olmaqla 13 zərərçəkmiş şəxs üzə çıxıb. T.Niftəliyev onların adına əlavə maddi yardım yazıb və pulu şəxsi maraqları üçün mənimsəyib.

Müstəntiqlərin fikrincə, T.Niftəliyev ağır maddi vəziyyətə görə polis əməkdaşlarını onlara maddi yardım göstərmək üçün ərizə yazmağa məcbur edib.

Onun iştirak etdiyi maliyyə pozuntularının izi 2012-ci ilə qədər uzanır. O, Daxili İşlər Nazirliyinin Nəqliyyat üzrə Trans-Baykal Xətti İdarəsi tərəfindən alınan federal vəsaiti də “yuyub”. T.Niftəliyev öz qulluq mövqeyindən və tabeliyində olan işçilərin ondan asılılığından istifadə edərək, müstəntiqlərin fikrincə, ağır maddi vəziyyətlərinə görə polis əməkdaşlarını onlara əlavə maddi yardım göstərmək üçün ərizələr yazmağa məcbur edib. Lakin onların çoxu bu pulu görməyib.

Maraqlıdır ki, T.Niftəliyev bu cinayətlərinə görə məsuliyyətdən yaxa qurtara bilib. Amma hüquq-mühafizə orqanlarından qovulub.

Bundan sonra o, diaspor fəaliyyətinə qoşulub. Tofiq Niftəliyev altı il “Araz” səhmdar cəmiyyətinin rəhbəri olub. Amma burada da qaranlıq əməllərindən qalmayıb. Bildirilir ki, T.Niftəliyev 2023-cü ilin fevralında Türkiyədə baş verən dəhşətli zəlzələdən sonra diaspor üzvlərindən zərərçəkənlərə yardım toplayıb. Amma bu yardım Türkiyəyə çatdırılmayıb, T.Niftəliyev tərəfindən mənimsənilib. O da iddia olunur ki, T.Niftəliyev Blaqoveşenskdə qrup - banda formalaşdırıb. Bu qrup sayəsində isə hər kəsi, o cümlədən şəhərdə yaşayan azərbaycanlıları qorxu altında saxlayır.


скачать dle 11.3
Mojo.az Banner