Mojo.az Banner
Left Banner
Right Banner

Bakıda məşhur liseyin köhnə binasının söküntüsü dayandırılıb

08.04.2024 13:21 897
Bakıda məşhur liseyin köhnə binasının söküntüsü dayandırılıb
Yasamal rayonu, Süleyman Tağızadə və Rastropoviçlər küçələrinin kəsişməsində yerləşən Bakı Avropa Liseyinin köhnə binasının söküntüsü dayandırılıb.

“Report”un sorğusuna Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin verdiyi cavaba əsasən, əraziyə qurumun əməkdaşları tərəfindən baxış keçirilib:

“Aparılan işlər aidiyyəti dövlət orqanları ilə birgə dayandırılıb. Ərazinin tarixi və arxeoloji əhəmiyyətini müəyyən etmək üçün mütəxəssislər cəlb olunacaqlar. Mütəxəssislərin verdiyi rəy nəticəsində müvafiq addımlar atılacaq”.скачать dle 11.3
Mojo.az Banner