Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
19:43 Qeyri-etik davranışlarına görə daha bir tiktoker cəzalandırıldı | 19:41 Məşq zamanı vəfat edən Rəsulun fotosu | 19:24 Əli Əsədov Gürcüstana işgüzar səfər edib | 19:21 Taksi sürücüləri üçün vacib xəbər - Tarix açıqlandı | 18:43 Ceyranbatanda məktəbdə nə baş verib? - AQTA-dan reaksiya | 18:05 Xocalıda icazəsiz at çapanlar cərimələndilər | 17:59 Azərbaycan Kubokunda 1/8 finalın bütün cütlükləri bəlli olub | 17:40 İlham Əliyev İspaniya kralına başsağlığı verdi | 17:27 Qadınların kişilərdən az maaş almasının səbəbi budur - AÇIQLAMA | 17:14 Bakıda supermarketdə 100 minlik fırıldaq - Müdir çipsilərə görə həbs edildi | 17:11 Kredit götürənlər və əmanət sahibləri diqqət! Mərkəzi Bankın qərarı nəyi dəyişəcək? | 17:07 Siyəzəndə ünvanlı sosial yardıma görə dava: Qayınata kürəkənini döydü | 17:05 Deputat: Məktəblərdə tərbiyə məsələsi arxa planda qalıb | 17:03 Ceyranbatanda məktəbdə 10 şagird zəhərləndi | 16:49 "Zapı" ilə avtoxuliqanlıq edən şəxs həbs olundu | 16:45 Məktəblilərin jurnalistlərə hücumu: Psixoloq problemin kökünə diqqət çəkdi | 16:27 Bakıda idmançı məşq zamanı öldü | 16:19 İlham Əliyev Bakıda finalçıları mükafatlandıracaq, Bayramov Azərbaycanı TDT sammitində təmsil edəcək | 15:07 Rusiya ordusu Dneprdə elektrik qatarına zərbə endirdi - Ölənlər var | 15:06 İspaniyada qatar faciəsində itkin düşən 60-dan çox insan tapılmır |
Mojo.az Avto
Mojo.az Avto

İtkin düşmüş 102 şəxsin eyniləşdirilməsi aparılıb, onlardan 35-nin qalıqları təhvil verilib

06.04.2024 17:00 1 662
İtkin düşmüş 102 şəxsin eyniləşdirilməsi aparılıb, onlardan 35-nin qalıqları təhvil verilib
“Bildiyiniz kimi, azad olunmuş ərazilərdə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında təmsil olunan dövlət qurumlarının əməkdaş və mütəxəssisləri ilə birlikdə axtarış-ekshumasiya və qazıntı işləri həyata keçirilir”.

APA xəbər verir ki, bunu Dövlət Komissiyasının əməkdaşı Cəmilağa Ağayev deyib.

Onun sözlərinə görə, hazırkı vaxtadək azad olunmuş ərazilərdə 16 kütləvi məzarlıq aşkar edilib. “Ümumilikdə isə 500-dən artıq insan qalığı götürülərək şəxsiyyətlərinin müəyyənləşdirilməsi üçün aidiyyəti üzrə laboratoriyalara təhvil verilib. Genetik molekulyar analiz Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Hərbi Tibb İdarəsində həyata keçirilir. Onu da bildirim ki, 2014-cü ildən başlayaraq Dövlət Komissiyası itkin düşmüş ailələrin yaxınlarından bionümunələr götürüb və onlardan profillər çıxarılaraq bazaya əlavə edilib”.

Cəmilağa Ağayev hazırda aşkar olunmuş insan qalıqlarından götürülmüş nümunələrdən çıxarılmış analizlərlə eyniləşdirilmə aparıldığını əlavə edib:

“Onların şəxsiyyətləri müəyyən olunur. Hazırkı vaxta qədər 102 şəxsin eyniləşdirilməsi həyata keçirilib, onlardan 35 şəhidin qalıqları artıq ailələrinə təhvil verilib, dəfn mərasimləri keçirilib. 73 nəfərlə bağlı məsələ isə hazırlıq mərhələsindədir, onların şəxsiyyətləri yaxın zamanlarda ictimaiyyətə açıqlanacaq. Hazırda Dövlət Komissiyası tərəfindən ərazidə axtarış-ekshumasiya prosesi davam etdirilir”.

Dövlət Komissiyasının əməkdaşı onu da bildirib ki, sözügedən proses çox vaxt aparan mürəkkəb prosesdir.

Son xəbərlər