Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda yeni radio fəaliyyətə başlayır

05.04.2024 18:00 1 062
Azərbaycanda yeni radio fəaliyyətə başlayır
Azərbaycanda tibb sahəsi üzrə ixtisaslaşmış radio fəaliyyətə başlayır.

Bu barədə Azərbaycan Respublikası Audiovizual Şurası məlumat yayıb.

Bildirilib ki, Şuranın iclasında ümumölkə yerüstü radio yayımçısı lisenziyasının verilməsi üçün elan olunmuş müsabiqənin qalibi elan edilib. Müsabiqəyə sənədlərini təqdim etmiş ümumən iki iddiaçı arasında daha üstün texniki, kadr və iqtisadi potensiala malik olan iddiaçı - “Sağlam Media” MMC (radio redaksiyanın adı “Sağlam Radio”) qalib elan olunub və müsabiqə üzrə yekun qərar verilib.

Qəbul edilmiş qərara əsasən Bakı şəhərindəki “Bakı Teleqüllə Kompleksi”ndən 93.0 MHs, Ağstafa rayonu ərazisindəki “Poylu” RTYS-dan 105.7 MHs, Quba rayonu ərazisindəki “Dağlı” RTYS-dan 104.7 MHs, Şirvan şəhəri ərazisindəki “Şirvan” RTYS-dan 104.5 MHs radiotezlikləri “Sağlam Radio” kanalının yayımı üçün “Sağlam Media” MMC-nin istifadəsinə ayrılıb.скачать dle 11.3

Son xəbərlər