Mojo.az Banner
19:09 Erməni keşişlər yenə təxribat törətdi  |     19:03 Aralıq dənizində qayıq aşdı, xeyli insan itkin düşüb  |     18:57 Tramp söz verdi: Bu ölkəyə hücum olmayacaq  |     18:34 6 uşağı zəhərlənən ailəyə sosial-psixoloji yardım göstəriləcək  |     18:32 Gəncədə kişi evin damından yıxılıb öldü  |     18:24 Günəşdə partlayışlar: Aprelin 6 və 7-də kosmik havada hansı proseslər gözlənilir?  |     18:06 Bakının hansı istiqamətlərində nəqliyyatın hərəkəti çətinləşib?  |     17:44 Bakıda 54 yaşlı kişi maşında öldü  |     17:13 Azər Maqsudov amnistiyaya düşdü  |     17:00 Quldurluq və oğurluq cinayətlərini törətməkdə şübhəli bilinən şəxs saxlanıldı  |     16:43 Yağışlı havada avtomobil idarə etmək ziyandır?  |     16:39 Peskovdan Ukrayna danışıqlarında fasilə ilə bağlı MARAQLI AÇIQLAMA: "Amerikalıların işi çoxdur"  |     16:28 Həmin ev söküldü, xəttin bərpası işlərinə başlanıldı - Video  |     16:26 Oğrunu tutmağa çalışan satıcı işdən çıxarıldı  |     16:24 Aprelin pensiyası bu tarixdə veriləcək  |     16:14 Daha bir tiktoker həbs olundu  |     16:05 Şimali Koreya liderinin qızının hərbi sahədə artan rolu: Yeni qadın varis  |     16:04 Zaqatalada sel təhlükəsinə qarşı tədbirlər görülür: Bəzi kəndlərə texnikalar cəlb olundu  |     16:03 İrandakı müharibə Yaxın Şərqdə rus şirkətlərinə təsir edir  |     16:02 Azərbaycanlı abituriyent Selcan Süleymanlıdan QÜRURVERİCİ UĞUR  |    
Left Banner
Right Banner

Ermənistan Azərbaycanla şərti sərhəddə hücum xarakterli dayaq məntəqələri qurur - VİDEO

04.04.2024 19:15 846
Ermənistan Azərbaycanla şərti sərhəddə hücum xarakterli dayaq məntəqələri qurur - VİDEO
Ermənistan Azərbaycanla şərti sərhəddə hücum xarakterli dayaq məntəqələri qurur.
 
Median.Az
Trend-ə istinadən xəbər verir ki, bunu əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb.
 
Qeyd edək ki, son zamanlar Ermənistan-Azərbaycan şərti sərhədinin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinin bölmələri və döyüş texnikasının cəmləşdirilməsi barədə 31 mart 2024-cü il tarixində Azərbaycan Müdafiə Nazirliyi tərəfindən rəsmi məlumat yayılıb.
 
"Şərti sərhədboyu Ermənistanın qoşunlarını cəmləşdirməsi və hücum xarakterli dayaq məntəqələrini qurması, müxtəlif istiqamətlərdə uzunmüddətli atəş nöqtələrini yaratması, fortifikasiya qurğularını inşa etməsi bölmələrimizin sərəncamında olan xüsusi texniki vasitələr və vizual müşahidə ilə qeydə alınmışdır.
 
Yeni inşa edilmiş dəmir-beton fortifikasiya qurğularında Ermənistan silahlı qüvvələrinin artilleriya sistemləri, digər hücum silahları və ağır atəş vasitələri yerləşdirilir.
 
Bir daha bəyan edirik ki, Azərbaycan Ordusu tərəfindən Ermənistanın törədə biləcəyi hər hansı təxribatın qarşısı qətiyyətlə alınacaq, vəziyyətin gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyi və onun havadarlarının üzərinə düşəcək", - Müdafiə Nazirliyinin bu gün yaydığı məlumatda deyilir.

 скачать dle 11.3
Mojo.az Banner