Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Ali Məhkəmədə Elmar Vəliyevə sui-qəsddə təqsirləndirilən şəxslə bağlı qərar qəbul olunub

04.04.2024 12:33 1 416
Ali Məhkəmədə Elmar Vəliyevə sui-qəsddə təqsirləndirilən şəxslə bağlı qərar qəbul olunub
Gəncə Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyevə qarşı sui-qəsddə təqsirləndirilən Müşfiq Qurbanovla bağlı Ali Məhkəmədə qərar qəbul olunub.

“Report” xəbər verir ki, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən məhkəmə iclasında M.Qurbanova bəraət verilməsi üçün müraciət olunan kassasiya şikayəti təmin edilməyib.

Xatırladaq ki, təqsirləndirilən şəxs 2020-ci il noyabrın 30-da 1 saylı Bakı İstintaq Təcridxanasında vəfat edib.

Qeyd edək ki, Müşfiq Cümşüd oğlu Qurbanova qarşı Cinayət Məcəlləsinin 214.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahdan istifadə etməklə terrorçuluq), 214.2.6 (dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində törədildikdə) və 307.3 (cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən cinayəti gizlətmə) maddələri ilə ittiham irəli sürülüb.

O, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 4 il 6 ay müddətə azadlıqdan məhrum edilib.

İttihama görə, məhkum 2018-ci il iyulun 3-də hazırda həbsdə olan Yunis Səfərov Müşfiq Qurbanovun da daxil olduğu xarici dövlətlərdə fəaliyyət göstərən radikal dini dairələri təmsil edən mütəşəkkil dəstə tərkibində Gəncə şəhərində İcra Hakimiyyətinin ozamankı icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsd həyata keçirməyə çalışıb.

M.Qurbanov 2018-ci il iyulun 15-də Nəsimi Rayon Məhkəməsinin qərarı ilə “Gəncə işi”ndə təqsirli bilinərək beynəlxalq axtarışa verilib. O, 2018-ci il oktyabrın 24-də Rusiyanın paytaxtı Moskva şəhərində saxlanılıb.

O, Moskva təcridxanasında bir il üç ay saxlanıldıqdan sonra 2020-ci il yanvarın 17-də Bakıya gətirilib.

Son xəbərlər