Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Ölkədə 11 mindən çox uşaq nikahdan kənar doğulub  |     22:55 Çexiyada orta əsrlərdən qalma xəstəlik geniş yayılır  |     22:50 "Qlobal" hosteldə oğurluq: Otaq yoldaşının telefonunu və pulunu oğurladı  |     22:42 TƏBİB-in yeni rəhbəri məlum oldu  |     22:37 Avropaya 66 milyard kubmetrdən çox qaz ixrac edilib - Energetika naziri  |     22:30 Bakıda su satışı aparatlarından oğurluq edənlər həbs olundu  |     22:25 Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər  |     22:16 Oktyabrın bütün sosial ödənişləri yekunlaşdırıldı  |     22:11 Bal yarmarkasının keçiriləcəyi tarix açıqlandı  |     22:03 Azərbaycan sərhədini pozan yeniyetmə həbs olundu  |     21:55 Sabah Yardımlının 7 kəndində qaz olmayacaq  |     21:50 Balıq bazarıda bahalaşma - VİDEO  |     21:41 Polkovnik Ramin Orucovla bağlı əmr imzalandı  |     21:29 Leyla Əliyeva Şamaxıya səfərindən paylaşım edib - Video  |     21:20 Azərbaycanın yunan-Roma güləşçiləri dünya çempionatını ikinci sırada başa vurublar  |     21:18 Azərbaycanda "WhatsApp" istifadəçilərinə xəbərdarlıq edildi  |     21:10 Bakıda kişi 40 kiloqram marixuananı götürməyə arvadı və uşağı ilə getdi  |     21:07 Texnologiya müəllimi əri tərəfindən qətlə yetirildi - Pərvanənin qatilinə hökm oxundu  |     21:06 Mehriban Əliyeva "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə bağlı paylaşım edib - Video  |     20:55 Putin: "Azərbaycan Rusiya üçün etibarlı tərəfdaşdır"  |    
Mojo.az Avto
Mojo.az Avto

Cəlilabadda 17 yaşlı qızı qaçıran şəxsin cəzası ağırlaşdırıldı

03.04.2024 12:19 1 080
Cəlilabadda 17 yaşlı qızı qaçıran şəxsin cəzası ağırlaşdırıldı
Şirvan Apellyasiya Məhkəməsində adam oğurluğunda təqsirləndirilən Cəlilabad şəhər sakini, 1993-cü il təvəllüdlü A.S. və dayısı oğlu, 1994-cü il təvəllüdlü H.M.-in barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elşad Əliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya protesti təmin edilib, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin H.M.-ə aid hissədə dəyişdirilib. Belə ki, onun Sabunçu Rayon Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli ilə təyin olunmuş 1 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 7 noyabr 2023-cü il tarixli hökmü ilə təyin olunmuş 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanıb və H.M.-ə cinayətlərin məcmusu üzrə qəti olaraq 10 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Qeyd edək ki, həmin şəxslər Cinayət Məcəlləsinin 144.3-cü (yetkinlik yaşına çatmayan şəxsi oğurlama) maddəsi ilə təqsirləndiriliblər. Araşdırmalar zamanı məlum olub ki, A.S. dayısı oğlu ilə əvvəlcədən plan qurub. Onlar H.M.-in atasına məxsus VAZ markalı avtomobillə A.S.-nin qonşuluğunda yaşayan 17 yaşlı qızı izləyiblər. Qız dərsdən çıxıb yaşadığı evə gedərkən qəfil yaxınlaşaraq onu zorla avtomobilə əyləşdiriblər.

Bundan sonra A.S. evlənmək məqsədilə qaçırdığı qızı dayısının evinə aparıb. Bir qədər sonra ora polislər gəlib və qızı ailəsinə qaytarıblar. A.S. isə üç gün ərzində çayın kənarında gizlənsə də, sonradan polisə təslim olub. Məhkəmədə zərərçəkmiş şəxs qismində çıxış edən qaçırılan qız A.S.-dən şikayətçi olduğunu deyib. O, A.S.-nin dayısı oğlunu əvvəldən tanımadığını deyib və ona qarşı şikayətinin olmadığını bildirib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.S.-yə 10 il 6 ay, H.M.-ə isə 10 il həbs cəzası verilib.

Son xəbərlər