Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:55 Kriştianu Ronaldu "Bütün zamanların "Qızıl topu" reytinqinin qalibi oldu  |     22:50 Səyahət planlayanlara fürsət – Aviabiletlər ucuzlaşa bilər  |     22:42 Buraxılış və qəbul imtahanları elektron keçiriləcək? – DİM-dən açıqlama  |     22:35 Məşqdən sonra bu səhvlərə yol verməyin – Ürəyə zərər verir  |     22:21 Media əməkdaşları çəkiliş zamanı məktəbin həyətində hücuma məruz qaldılar, saxlanılanlar var  |     22:18 Sevdiyi insanı heç vaxt unutmayan 4 bürc BUNLARDIR  |     22:10 Qonşular arasında dava: ölən var  |     22:07 Sabah bu ərazilərdə qaz olmayacaq  |     22:07 İlham Əliyev qatar qəzası ilə bağlı İspaniyaya başsağlığı verib - Foto  |     22:04 Xaçmaz rayonunda Caqacuq çayı üzərində yeni körpü inşa olunur  |     21:47 Atasının mübahisəsinə görə qonşusunun tövləsini yandırdı: 86 min manatlıq ziyan  |     21:41 Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş  |     21:15 Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib  |     21:03 Göygöldə evdən meyit tapıldı  |     20:56 İcbari tibbi sığorta ödənişi ilə bağlı dəyişiklik  |     20:45 Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edilib  |     20:25 Bakıda poliklinikada rentgen plyonkası elektrik plitəsi ilə qurudulur? - Foto  |     20:13 Azərbaycanda ən uzun ömürlü insanların yaşadığı rayonlar (SİYAHI)  |     20:07 İspaniyada üçgünlük matəm elan edildi  |     19:55 Sabah bəzi yollar bağlanacaq - Foto  |    
Mojo.az Avto
Mojo.az Avto

Ukraynada vəfat edən azərbaycanlı jurnalist keçən il əməliyyat olunubmuş

29.03.2024 16:29 951
Ukraynada vəfat edən azərbaycanlı jurnalist keçən il əməliyyat olunubmuş
Ukraynada yaşayan azərbaycanlı jurnalist İdrak Camalbəyli ötən gün Kiyevdə qəfil ürək çatışmazlığından vəfat edib. Həmkarımız Ukraynanın cəbhə bölgələrindən “Amerikanın səsi” radiosu üçün reportajlar hazırlayırdı.

Jurnalistin dünyasını dəyişməsi onu tanıyanların təəccübünə səbəb olub. Çünki İ.Camalbəyli təxminən altı ay öncə - 2023-cü ilin sentyabrında açıq ürək əməliyyatı olunmuş, dörd damarı dəyişdirilmişdi.

Mərhumla dostluq edən “Birlik” Odessa azərbaycanlıları diaspor təşkilatının sədr müavini, Ukraynada yaşayan jurnalist Anar Natiqoğlu Modern.az-a bildirib ki, həkimlər İ.Camalbəyliyə məsləhət görmüşdülər ki, ürək əməliyyatından sonra sağlamlıq durumunu nəzarətdə saxlasın:

“Təəssüf ki, dostumuz özünə baxmır, səhhətinə diqqət etmirdi. Biz də buna görə dəfələrlə onu məzəmmət etmişdik, deyirdik ki, özünü qorusun, çünki ürək damarlarına əvvəlcə stent qoyulmuş, sonra da açıq əməliyyat edilmişdi. Ona sürətli hərəkət, futbol oynamaq, siqaret çəkmək olmazdı. Amma İdrak nə futbol oynamağından qalırdı, nə də siqareti tərgitmişdi. Axırı da belə… Elə dünən futbol oynayan zaman - stadionda ürək çatışmazlığından vəfat edib. Bu itki İdrakı tanıyanların hamısını çox sarsıtdı”.

Anar Natiqoğlu bildirib ki, hazırda mərhumun cənazəsinin Vətənə yola salınması üçün sənədləşdirmə işləri aparılır:

“Səfirlik və diaspor təşkilatları bu işlərlə məşğul olurlar. Yəqin ki, yaxın iki gün ərzində onun cənazəsi Bakıya göndəriləcək”.

Qeyd edək ki, İdrak Camalbəyli iki uşaq atası olub. Onun ailəsi Bakıda yaşayır.

1976-cı il təvəllüdlü İ.Camalbəyli 2003-cü ildən jurnalistika ilə məşğul olub. O, “Bakı xəbər” və “Ölkə” qəzetlərində, ANSPress.com və Missiya.az informasiya portallarında çalışıb.

Son illər yaşadığı Ukraynada müharibə başlayandan sonra Azərbaycan və xarici media orqanları üçün xəbərlər hazırlayıb, “Amerikanın səsi” radiosu ilə əməkdaşlıq edib.

Son xəbərlər