Mojo.az Banner
23:01 Əsgərlikdən yeni qayıdan gəncin qanını tökdülər - Video  |     22:55 Qatarla Azərbaycana gələn və gedən əcnəbilərin sayı açıqlandı  |     22:47 ChatGPT-nin yazdığı mətnlərə görünməz işarələr əlavə edilir  |     22:39 Şəkər xəstəliyi ən çox bu yaşda və bu səbəblə yaranır - XƏBƏRDARLIQ  |     22:34 Qaradağda saxlanılan daha bir məmura HÖKM OXUNDU  |     22:26 "Formula 1" yaxından izləmək üçün hasardan tullandı - Həbs edildi  |     22:21 Ermənistanda saxlanılan azərbaycanlı hərbçi ilə bağlı Paşinyandan açıqlama  |     22:13 Naxçıvanda bu qurumun səlahiyyətləri ləğv edildi  |     22:08 Hər 5 aptekdən birində nöqsanlar tapıldı  |     22:02 Bu ölkə "Avroviziya"dan imtina etdi  |     21:54 Uşağı telefona yaxından baxan, gözlərini qıyan, başı ağrıyan valideynlərin nəzərinə  |     21:46 Qazaxda toyda başlayan mübahisə bıçaqlanma ilə nəticələndi - Video  |     21:41 Azərbaycanda un məhsulları bahalaşacaq? - Video  |     21:33 Rusiya XİN-dən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni açıqlama  |     21:28 Azərbaycanın millisindən böyükhesablı qələbə  |     21:20 Bu məktəbin direktoru vəfat etdi  |     21:15 Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi - Foto  |     21:06 Kənd yumurtası bahalaşdı  |     21:00 “İlliyinə 2200 ödədiyim universitetin şəraiti...” - VİDEO  |     20:53 Aygün Kazımova evindən video paylaşdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Türkiyə “Akkuyu AES”in ilk enerji blokunu tez işə salmağa çalışır

26.03.2024 19:06 1 638
Türkiyə “Akkuyu AES”in ilk enerji blokunu tez işə salmağa çalışır
“Rosatom” ilə “Akkuyu AES”in tikintisinə dair razılaşma ilk enerji blokunun 2025-ci ildə istifadəyə verilməsini nəzərdə tutur, lakin Türkiyə tarixi bir az daha erkən vaxta keçirməyə çalışır.

Bunu Türkiyənin energetika naziri Alparslan Bayraktar Soçidə keçirilən "Atomexpo 2024" forumunda türkiyəli jurnalistlərə açıqlamasında deyib.

"Akkuyu AES-in ilk reaktorunu bu il istifadəyə vermək üçün intensiv səylər göstəririk. Məqsədimiz budur və xüsusən “Rosatom”, podratçılar və nüvə tənzimləyicimiz istiqamətində işləyirik. Həm texniki, həm də digər çətinliklər var. Ümid edirəm ki, buna nail olacağıq.

“Rosatom”la razılaşmanın şərtlərinə əsasən, ilk reaktorun istismara verilmə tarixi 2025-ci ilə qədər müəyyən edilib. Biz onu bir qədər erkən tarixə keçirməyə çalışırıq", - "Sabah" qəzeti nazirdən sitat gətirib.скачать dle 11.3
Mojo.az Banner